Tarix:26/05/15
Ekspertlər ümid edir ki, 2018-ci ilədək mobil internet bazarında gəlir 850 milyard dollara yaxınlaşacaq. 2014-cü ildə bu göstərici 300 milyard dollar olub. Mütəxəssislər cihazlarda göstərilən reklam xərclərini, istehlak və korporativ proqramları, mobil ticarəti bu seqmentə şamil edirlər.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, üç il sonra reklam mobil internet bazarının ikinci ən böyük seqmentinə çevrilməlidir. Reklam satışlarının həcmi smartfon və planşetlər üçün proqram təminatı tərtibatçılarının gəlirini ötəcək. Korporativ proqram təminatına tələbatın artım tempi istehlakla müqayisədə aşağı olacaq.
2014-cü ildə mobil ticarət bazarının həcmi 200 milyard dolları ötüb və bu göstəricinin çox hissəsi Asiyanın payına düşüb. Ekspertlər bildirir ki, Asiyanın liderliyi onunla bağlıdır ki, regionda əhalinin sayı və cihaz sahiblərinin sayı artır.
"Digi-Capital", həmçinin 2018-ci ilədək mobil oyunlar bazarının 45 milyard dollaradək artımını proqnozlaşdırır ki, bu da oyun sahəsində qlobal gəlirin 40 faizi deməkdir.
Emil Hüseynov
Mobil internet bazarının həcmi üç dəfə artacaq
Smartfon satışlarının artım tempi azalsa da, mobil qurğular üçün internet texnologiyalar bazarı inkişaf edir. "Digi-Capital" analitiklərinin proqnozuna əsasən, "Apple"ın indiki bazar kapitallaşması (764 milyard dollar) ilə müqayisədə mobil internetin həcmi çox böyük olacaq.Ekspertlər ümid edir ki, 2018-ci ilədək mobil internet bazarında gəlir 850 milyard dollara yaxınlaşacaq. 2014-cü ildə bu göstərici 300 milyard dollar olub. Mütəxəssislər cihazlarda göstərilən reklam xərclərini, istehlak və korporativ proqramları, mobil ticarəti bu seqmentə şamil edirlər.
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, üç il sonra reklam mobil internet bazarının ikinci ən böyük seqmentinə çevrilməlidir. Reklam satışlarının həcmi smartfon və planşetlər üçün proqram təminatı tərtibatçılarının gəlirini ötəcək. Korporativ proqram təminatına tələbatın artım tempi istehlakla müqayisədə aşağı olacaq.
2014-cü ildə mobil ticarət bazarının həcmi 200 milyard dolları ötüb və bu göstəricinin çox hissəsi Asiyanın payına düşüb. Ekspertlər bildirir ki, Asiyanın liderliyi onunla bağlıdır ki, regionda əhalinin sayı və cihaz sahiblərinin sayı artır.
"Digi-Capital", həmçinin 2018-ci ilədək mobil oyunlar bazarının 45 milyard dollaradək artımını proqnozlaşdırır ki, bu da oyun sahəsində qlobal gəlirin 40 faizi deməkdir.
Emil Hüseynov
Baxış sayı: 951
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır