Tarix:26/05/15
Bu barədə Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvü Ramiz Rzayev MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı danışıb.
O bildirib ki, görüləcək işlər məhkəmə hakimiyyətinə olan inamı, etimadı da möhkəmləndirməlidir:
“Elektron məhkəmə” Azərbaycan məhkəmələrinin gələcəyidir. Məhkəmələrin elektronlaşması, bu istiqamətdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vətəndaşların rahatlığına və eləcə də məhkəmə işlərinin asanlaşmasına gətirib çıxardacaq”.
Məhkəmə sistemində aparılan işlər barəsində ətraflı məlumat verən R.Rzayev bildirib ki, əsas məqsəd ədalət mühakiməsinin hakimiyyətlər bölgüsü və hüquqi dövlət prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarının qanuni və ədalətli müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir”.
SEYMUR
“Məhkəmələrin elektronlaşması vətəndaşların rahatlığına gətirib çıxardacaq”
“Azərbaycan məhkəmələrində günün tələblərinə uyğun olaraq elektronlaşma istiqamətində işlər aparılır. Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi davamlı bir proses olduğuna görə müasir inkişaf meyilləri nəzərə alınmaqla bu sahədə daim çalışmaq tələb olunur”.Bu barədə Ali Məhkəmənin sədri, Məhkəmə-Hüquq Şurasının (MHŞ) üzvü Ramiz Rzayev MHŞ-nin fəaliyyətinin 10 illiyinə həsr olunan “Demokratik cəmiyyətdə məhkəmə hakimiyyətinin rolu” mövzusunda beynəlxalq konfransdakı çıxışı zamanı danışıb.
O bildirib ki, görüləcək işlər məhkəmə hakimiyyətinə olan inamı, etimadı da möhkəmləndirməlidir:
“Elektron məhkəmə” Azərbaycan məhkəmələrinin gələcəyidir. Məhkəmələrin elektronlaşması, bu istiqamətdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi vətəndaşların rahatlığına və eləcə də məhkəmə işlərinin asanlaşmasına gətirib çıxardacaq”.
Məhkəmə sistemində aparılan işlər barəsində ətraflı məlumat verən R.Rzayev bildirib ki, əsas məqsəd ədalət mühakiməsinin hakimiyyətlər bölgüsü və hüquqi dövlət prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş insan hüquqlarının qanuni və ədalətli müdafiəsi naminə həyata keçirilməsini bundan sonra da təmin etməkdir”.
SEYMUR
Baxış sayı: 564
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır