12px13px15px17px
Tarix:27/05/15

“4G” rabitə texnologiyasının Böyük Britaniya bazarına nüfuzetmə səviyyəsi 50 faizi ötəcək

Britaniyanın “EE” mobil operatorunun məlumatına əsasən, onun şəbəkəsində “4G” trafikin həcmi “3G”-ni ötüb. “eMarketer” tədqiqat şirkətinin məlumatına görə, bu halda “4G” trafikin çox hissəsi videonun payına düşüb.
 
"ICTnews" elektron xəbər xidməti “searchengines.ru” saytına istinadən bildirir ki, mobil videoya baxış sayının artımı Böyük Britaniyada “4G” rabitədən istifadə tempinin artımı ilə bir vaxta düşüb.
 
Ötən ilin sentyabrında “451 Research” agentliyi aşkar edib ki, 2015-ci ildə ölkədə mobil qoşulmaların 19.5 faizi “4G”-nin payına düşəcək. 2018-ci ildə “4G” rabitə texnologiyasının Böyük Britaniya bazarına nüfuzetmə səviyyəsi 50 faizi ötəcək.
 
Emil Hüseynov

 
 



Baxış sayı: 523

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024