12px13px15px17px
Tarix:27/05/15

Yaponiyada dünyanın ən böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib

Yaponiyanın Kasay şəhərində dünyanın ən böyük üzən günəş elektrik stansiyası istifadəyə verilib. Bu haqda layihənin hazırlanması ilə məşğul olan “Kyocera” şirkəti məlumat verib.

"ICTnews" elektron xəbər xidməti “tass.ru” saytına istinadən bildirir ki, stansiya Sakasamaike gölünün səthində yerləşir. 1x1.7 metr ölçüsündə olan doqquz min günəş paneli 2,3 meqavatt (mvt) enerji generasiya edir ki, bu da 820 evi elektrik enerjisi ilə təmin edəcək. Cari ilin martında “Kyocera” şirkəti daha iki üzən günəş elektrik stansiyası istifadəyə verib. Onların birgə gücü 2,9 mvt təşkil edir.

“Kyocera” şirkəti günəş panellərinin əsas istehsalçılarından biri hesab edilir. 2013-cü ilin sonunda korporasiya ölkədə 78 mvt-dək elektrik enerjisi generasiya edən ən böyük günəş elektrik stansiyasını istifadəyə verib.

Emil Hüseynov



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024