12px13px15px17px
Tarix:09/09/11

Ramil Səfərov haqqında sayt 5 dildə yenidən fəaliyyətə başlayıb

Macarıstan paytaxtı Budapeştdə ömürlük həbsdə olan Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla bağlı 2007-ci ilin avqustunda yaradılan “www.ramilsafarov.info” saytı fəaliyyətini bərpa edib.

Bu vaxtadək erməni hakerlər tərəfindən dəfələrlə hücuma məruz qalan və bir neçə dəfə fəaliyyəti dayanan “www.ramilsafarov.info” saytı artıq yeniliklərlə fəaliyyətini davam etdirir.

Belə ki, “www.ramilsafarov.info” ünvanında fəaliyyət göstərən sayt artıq yeni dizaynda və əlavə iki dildə fəaliyyətə başlayıb.

Beləliklə, 4 il öncə iki dildə (Azərbaycan türkcəsi və ingilis) fəaliyyətə başlayan sayt bundan sonra Azərbaycan həqiqətlərini, bir əsrdə millətimizə qarşı törədilmiş üç soyqırımı (1915, 1918, 1992) haqda detallı məlumatları, dünyanın müxtəlif yerlərində (eləcə də Macarıstanda) ermənilər tərəfindən həyata keçirilmiş terror aktlarını və Macarıstan həbsxanasında ömürlük cəza çəkməyə məhkum edilmiş Ramil Səfərov haqda bilgiləri beş dildə (Azərbaycan türkcəsi, ingilis, macar, alman, bolqar) olmaqla öz istifadəçiləriylə bölüşəcək.

Qeyd edək ki, sayt macar dilinə iki gənc macar, alman və bolqar dillərinə isə Avropada yaşayan gənc azərbaycanlılar tərəfindən könüllü olaraq tərcümə edilib. Sayta “ramilsafarov.net” və “ramilsafarov.com” domenləri vasitəsilə də daxil olmaq mümkündür.



Baxış sayı: 2920

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024