Tarix:27/05/15
Məlumat üçün bildirək ki, Belorusun paytaxtı Minsk şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 62-ci iclası keçirilib. Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla «Rusiya Dəmir Yolları» Açıq Səhmdar Cəmiyyətinin prezidenti Vladimir Yakunin arasında görüş baş tutub.
Görüşdə birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda «Rusiya Dəmir Yolları» ASC və «Azərbaycan Dəmir Yolları» QSC arasında beynəlxalq sərnişin və yükdaşımasının təmin edilməsi sahəsində mövcud birgə əməkdaşlıq səviyyəsini nəzərə alaraq, hər iki ölkənin dəmir yolu nəqliyyatında texnoloji birliyin qorunması və inkişaf etdirilməsi, dəmir yolu nəqliyyatı sahəsində qarşılıqlı sıx əməkdaşlıq əsasında hər iki dövlətin iqtisadi-nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi üçün bir sira müddəalar öz əksini tapıb.
Eyni zamanda Memoranduma əsasən, Rusiya ilə Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, sənədlərin elektron üsulla işlənməsi üçün mütərəqqi texnologiyaların tətbiq edilməsi, maliyyə öhdəliklərinin yerinə yetirilməsi, Sərnişin daşınması üzrə tarif rəqabət həddinin müəyyən edilməsi, Yük vaqonlarından hər iki dövlətin ərazisində səmərəli istifadə olunması və əməkdaşlıq məsələlərinin həll edilməsi məqsədilə bir ay müddətində İşçi Qrupun yaradılması nəzərdə tutulur.
SEYMUR
Azərbaycanla Rusiya arasında sənədlərin elektron üsulla işlənməsi üçün İşçi Qrupu yaradılacaq
Azərbaycan Rusiya ilə dəmir yolu nəqliyyatında informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqini həyata keçirəcək və sənədlərin elektron üsulla işlənməsini həyata keçirəcək. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bununla bağlı iki ölkə arasında memorandum imzalanıb.Məlumat üçün bildirək ki, Belorusun paytaxtı Minsk şəhərində MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 62-ci iclası keçirilib. Tədbir çərçivəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovla «Rusiya Dəmir Yolları» Açıq Səhmdar Cəmiyyətinin prezidenti Vladimir Yakunin arasında görüş baş tutub.
Görüşdə birgə Əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumda «Rusiya Dəmir Yolları» ASC və «Azərbaycan Dəmir Yolları» QSC arasında beynəlxalq sərnişin və yükdaşımasının təmin edilməsi sahəsində mövcud birgə əməkdaşlıq səviyyəsini nəzərə alaraq, hər iki ölkənin dəmir yolu nəqliyyatında texnoloji birliyin qorunması və inkişaf etdirilməsi, dəmir yolu nəqliyyatı sahəsində qarşılıqlı sıx əməkdaşlıq əsasında hər iki dövlətin iqtisadi-nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi üçün bir sira müddəalar öz əksini tapıb.
Eyni zamanda Memoranduma əsasən, Rusiya ilə Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, sənədlərin elektron üsulla işlənməsi üçün mütərəqqi texnologiyaların tətbiq edilməsi, maliyyə öhdəliklərinin yerinə yetirilməsi, Sərnişin daşınması üzrə tarif rəqabət həddinin müəyyən edilməsi, Yük vaqonlarından hər iki dövlətin ərazisində səmərəli istifadə olunması və əməkdaşlıq məsələlərinin həll edilməsi məqsədilə bir ay müddətində İşçi Qrupun yaradılması nəzərdə tutulur.
SEYMUR
Baxış sayı: 556
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır