Tarix:27/05/15
Bildirilir ki, coğrafi baxımdan ən böyük bazar kimi 2013-cü ildə ümumi istehlak elektronikasının satışında payı 31 faizi ötən Asiya-Sakit okean regionu olaraq qalacaq. Bu region həmçinin mədaxilin artım tempi üzrə lider olacaq. İrəliləyişə daha böyük töhfəni Hindistan, Cənubi Koreya və Çin verəcək. Mütəxəssislər böyük potensiala malik bazarlara Braziliya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələri də aid edirlər.
Ümumilikdə mütəxəssislər gələcəkdə istehlak elektronikasına tələbatın daha da artmasını proqnozlaşdırırlar ki, buna da smartfonların qiymətinin aşağı düşməsi və onlayn ticarətin inkişafı xidmət edəcək.
Analitiklər onu da əlavə edib ki, istehlak elektronikası bazarının son istifadə baxımından ən böyük seqmenti smartfon, planşet, fotokamera, noutbuk, televizor, MP3-pleyerlər və s. olacaq. Ekspertlərin fikrincə, qeyd olunan məhsullar siyahısında daha çox tələbat smartfonlara olacaq, - "DailyComm” yazır.
Yaxın 10 ildə istehlak elektronikası bazarında illik artım 4 faiz olacaq
“Transparency Market Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2013-cü ildə dünya istehlak elektronikası bazarının həcmi 1,074 trilyon dollar təşkil edib, 2022-ci ilədək bazarda dövriyyə 1,55 trilyon dollara çata bilər. Beləliklə, hesabat dövründə (2014-2022-ci illər) ortaillik göstərici 4 faiz olacaq.Bildirilir ki, coğrafi baxımdan ən böyük bazar kimi 2013-cü ildə ümumi istehlak elektronikasının satışında payı 31 faizi ötən Asiya-Sakit okean regionu olaraq qalacaq. Bu region həmçinin mədaxilin artım tempi üzrə lider olacaq. İrəliləyişə daha böyük töhfəni Hindistan, Cənubi Koreya və Çin verəcək. Mütəxəssislər böyük potensiala malik bazarlara Braziliya və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) kimi iqtisadiyyatı inkişaf etməkdə olan ölkələri də aid edirlər.
Ümumilikdə mütəxəssislər gələcəkdə istehlak elektronikasına tələbatın daha da artmasını proqnozlaşdırırlar ki, buna da smartfonların qiymətinin aşağı düşməsi və onlayn ticarətin inkişafı xidmət edəcək.
Analitiklər onu da əlavə edib ki, istehlak elektronikası bazarının son istifadə baxımından ən böyük seqmenti smartfon, planşet, fotokamera, noutbuk, televizor, MP3-pleyerlər və s. olacaq. Ekspertlərin fikrincə, qeyd olunan məhsullar siyahısında daha çox tələbat smartfonlara olacaq, - "DailyComm” yazır.
Baxış sayı: 761
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır