Tarix:27/05/15
“İKT sahəsində əldə olunmuş nailiyyətlər, indikatorlar göstərir ki, Azərbaycan doğrudan da regionun aparıcı ölkəsidir və başqa ölkələrə Azərbaycan modeli kimi örnək ola bilər. Müəyyən vaxtlarda elmdə informasiya texnologiyalarının əhəmiyyəti o qədər də qiymətləndirilmirdi. Amma son zamanlar informasiya texnologiyalarının elmi fəaliyyətin müxtəlif istiqamətlərdə tətbiq olunması ilə bağlı kompleks işlər həyata keçirilir”.
Bu barədə məlumat verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev son dövrlərdə AMEA-nın müəssisələrində monitorinqlər apardıqlarını qeyd edib. Nəticələr göstərir ki, əgər 2012-ci ildə AMEA-da 2500 kompüter var idisə, artıq 2014-cü ildə bu kompüterlərin sayı xeyli artıb:
“Yəni çox böyük irəliləyiş əldə olunub. İnternet infrastrukturu bütün AMEA qurumlarını əhatə edib. Burada xüsusilə qeyd etmək istəyirəm ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bilavasitə dəstəyi ilə AMEA-dakı əvvəlki mis kabellər vasitəsilə deyil, fiber-optik kabellər vasitəsilə genişzolaqlı internet infrastrukturu yaradılıb”.
Digər tərəfdən, bütün qurumların İKT ilə təminatı, veb saytları, onlara olan müraciətlərin sayında da artım dinamikası müşahidə olunur:
“Əgər 2013-cü ilin əvvəlində AMEA-nın rəsmi portalı “http://www.science.gov.az/”-a olan müraciətlərin sayı 550 min idisə, artıq bu, milyon yarıma yaxınlaşıb. Bu da o deməkdir ki, elektron elm Elmlər Akademiyasında geniş tətbiq olunur”. Eyni zamanda AMEA-nın “AzScienceNet” elm-kompüter şəbəkəsi Avropanın bir hissəsinə çevrilir. Təhsil, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin dəstəyi ilə həmin şəbəkə Avropa Birliyinin nəzdində fəaliyyət göstərən beynəlxalq quruma üzv seçilib:
“Bu şəbəkə özü eyni zamanda Avropanın Azərbaycana, eyni zamanda təhsilə ötürülməsi istiqamətində də müəyyən işlər görür”.
Həqiqət İSABALAYEVA
Rasim Əliquliyev: “Elektron elm Elmlər Akademiyasında geniş tətbiq olunur”

Baxış sayı: 846
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır