12px13px15px17px
Tarix:27/05/15

“Şagird-məzun” sisteminə məlumatların daxil edilərək təsdiqlənməsi iyunda başa çatır

2014/2015-ci tədris ilində ümumtəhsil müəssisələri üzrə yekun qiymətləndirmə ilə bağlı Təqvim planının növbəti yekun təsdiq mərhələsi davam edir.
 
Bu mərhələdə şagirdlərin cari tədris ilinə aid illik qiymətləri təhsil müəssisələrinin əlaqələndiriciləri tərəfindən “Şagird-məzun” sisteminə daxil edilərək təsdiqlənməsi 14.06.2015 tarixində başa çatır.
 
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirilib ki, əlaqələndiricilər birinci növbədə təhsildən yayındığı üçün biliyi qiymətləndirilməyən və iki aldığı üçün imtahana buraxılmayan şagirdləri “Şagird-məzun” sistemində qeyd etməlidirlər.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 531

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024