Tarix:27/05/15
İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası istiqamətində nazirlik tərəfindən müvafiq Tədbirlər Planı əsasında və yaradılmış İşçi qrup tərəfindən məqsədyönlü işlərin davam etdirildiyini vurğulayıb:
“Tədbirlər Planında nəzərdə tutulmuş istiqamətlər üzrə işlər mərhələli şəkildə və nəzərdə tutulmuş müddətlər ərzində, vaxtlı-vaxtında, heç bir gecikmə olmadan yerinə yetirilir. Plana uyğun olaraq, görülmüş işlər nəticəsində ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) forması, e-müraciətə baxılması üçün aidiyyəti qurumların informasiya resurslarından əldə ediləcək arayış və məlumatların siyahısı və s. artıq hazırdır”.
S.Müslümov növbəti mərhələdə ÜDSY sisteminin avtomatlaşdırılması üçün lazımi texniki infrastrukturun ən vacib komponentləri olan proqram təminatları üzrə funksional tələblərin də hazırlandığını bildirib:
“Belə ki, vətəndaşlara ÜDSY-nin alınması üçün elektron formada müraciət etmək imkanı yaradılması üçün “Elektron hökumət” portalında müvafiq proqram təminatı üzrə funksional tələblər hazırlanıb. Həmçinin ƏƏSMN-in və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının analitik təhlillər aparması, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində işçilərin avtomatlaşdırılmış iş yerinin qurulması məqsədilə hazırlanacaq proqram təminatları üzrə də funksional tələblər müəyyən edilib”.
Nazir əlavə edib ki, ünvanlı yardımın alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsi və müayinənin nəticələrinin real vaxt rejimində Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) ötürülməsi, müraciətlərdəki məlumatların, müayinənin nəticələrinin və aidiyyəti qurumlardan elektron formada əldə edilən məlumatların təhlil olunması üçün də proqram təminatı yaradılacaq: “Bütün bu proqram təminatları üzrə funksional tələblərin hazırlanması da təmin olunub. Bu funksional tələblər müzakirə şəraitində daha da təkmilləşdirilir. Nazirliyin Kollegiyasında təsdiqləndikdən sonra bu proqram təminatlarının hazırlanması işlərinə başlanacaq. Aparılan işlər onu deməyə əsas verir ki, biz cənab Prezidentin ÜDSY sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması ilə bağlı Fərmanında üzərimizə düşən vəzifələrin icrasını vaxtlı-vaxtında və keyfiyyətlə təmin edəcəyik. Bununla da innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardım sistemi üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışının təmin edilməsi üçün şərait yaranacaq”.
İclasda qeyd edilən istiqamətdə görülən işlər ətraflı müzakirə olunub. S.Müslümov ÜDSY sisteminin avtomatlaşdırılması zamanı yeni elektron sistemin vətəndaşların rahat, heç bir çətinlik çəkmədən istifadə etmələri üçün münasib və onlar üçün daim əlçatan olması barədə tapşırıqlar verib.
Həqiqət İSABALAYEVA
Səlim Müslümov: “Ünvanlı dövlət sosial yardımı sisteminin avtomatlaşdırılması işləri heç bir gecikmə olmadan davam etdirilir”
Ünvanlı dövlət sosial yardımı (ÜDSY) sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması istiqamətində aparılan işlərin müzakirəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) iclas keçirilib.İclası giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası istiqamətində nazirlik tərəfindən müvafiq Tədbirlər Planı əsasında və yaradılmış İşçi qrup tərəfindən məqsədyönlü işlərin davam etdirildiyini vurğulayıb:
“Tədbirlər Planında nəzərdə tutulmuş istiqamətlər üzrə işlər mərhələli şəkildə və nəzərdə tutulmuş müddətlər ərzində, vaxtlı-vaxtında, heç bir gecikmə olmadan yerinə yetirilir. Plana uyğun olaraq, görülmüş işlər nəticəsində ünvanlı dövlət sosial yardımının alınması üçün elektron formada müraciət (ərizə) forması, e-müraciətə baxılması üçün aidiyyəti qurumların informasiya resurslarından əldə ediləcək arayış və məlumatların siyahısı və s. artıq hazırdır”.
S.Müslümov növbəti mərhələdə ÜDSY sisteminin avtomatlaşdırılması üçün lazımi texniki infrastrukturun ən vacib komponentləri olan proqram təminatları üzrə funksional tələblərin də hazırlandığını bildirib:
“Belə ki, vətəndaşlara ÜDSY-nin alınması üçün elektron formada müraciət etmək imkanı yaradılması üçün “Elektron hökumət” portalında müvafiq proqram təminatı üzrə funksional tələblər hazırlanıb. Həmçinin ƏƏSMN-in və nazirlik yanında Dövlət Sosial Təminat Xidmətinin aparatının analitik təhlillər aparması, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərində işçilərin avtomatlaşdırılmış iş yerinin qurulması məqsədilə hazırlanacaq proqram təminatları üzrə də funksional tələblər müəyyən edilib”.
Nazir əlavə edib ki, ünvanlı yardımın alınması üçün müraciət etmiş ailələrin maddi-məişət şəraitinin müayinəsi və müayinənin nəticələrinin real vaxt rejimində Vahid Elektron Müraciət və Təyinat Alt Sisteminə (VEMTAS) ötürülməsi, müraciətlərdəki məlumatların, müayinənin nəticələrinin və aidiyyəti qurumlardan elektron formada əldə edilən məlumatların təhlil olunması üçün də proqram təminatı yaradılacaq: “Bütün bu proqram təminatları üzrə funksional tələblərin hazırlanması da təmin olunub. Bu funksional tələblər müzakirə şəraitində daha da təkmilləşdirilir. Nazirliyin Kollegiyasında təsdiqləndikdən sonra bu proqram təminatlarının hazırlanması işlərinə başlanacaq. Aparılan işlər onu deməyə əsas verir ki, biz cənab Prezidentin ÜDSY sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması ilə bağlı Fərmanında üzərimizə düşən vəzifələrin icrasını vaxtlı-vaxtında və keyfiyyətlə təmin edəcəyik. Bununla da innovativ texnologiyaların tətbiqi yolu ilə aztəminatlı ailələrin ünvanlı dövlət sosial yardım sistemi üzrə sürətli, rahat və şəffaf xidmətlərə çıxışının təmin edilməsi üçün şərait yaranacaq”.
İclasda qeyd edilən istiqamətdə görülən işlər ətraflı müzakirə olunub. S.Müslümov ÜDSY sisteminin avtomatlaşdırılması zamanı yeni elektron sistemin vətəndaşların rahat, heç bir çətinlik çəkmədən istifadə etmələri üçün münasib və onlar üçün daim əlçatan olması barədə tapşırıqlar verib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 676
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır