12px13px15px17px
Tarix:29/05/15

İnsanın şəxsiyyəti uzaq məsafədən gözün qüzehli qişasına görə identifikasiya ediləcək

Biometrik texnologiyalar inkişaf dövrünü yaşayır. Barmaq izləri və ya gözün qüzehli qişası kimi elektron məlumatlar insanın şəxsiyyətini tez və yüksək dəqiqliklə identifikasiya etməyə imkan verir. Bu sahədə son nailiyyətlər gözün qüzehli qişasını 12 metrdən skan etməyə şərait yaradır.
 
Belə ki, ABŞ-ın Karnegi Universitetinin tədqiqatçıları sürücülərin avtomobilin yan güzgüsü vasitəsilə tanınması üçün texnologiyadan istifadənin imkanlarını nümayiş etdiriblər.
 
Tədqiqatçılar ümid edir ki, onların hazırladığı texnologiya təhlükəsizlik məsələlərinin həllinə kömək edəcək. Biometrik identifikasiya sistemləri insanlara elektron açarlar və ya digər parollardan istifadədən imtina etməyə imkan verir.
 
Lakin yeni texnologiya həssas fərdi məlumatların toplanması, emalı və saxlanılması ilə əlaqədar bir sıra ciddi problemlərə malikdir. “Daily Mail” nəşrinin tədqiqatına görə, uzaq məsafəli identifikasiyanın rahatlığına baxmayaraq insanlar hazırda bu innovasiyanı qəbul etməyə hazır deyillər və biometrik qurğularla fiziki təmasa üstünlük verirlər.  
 
Digər əngəl ondan ibarətdir ki, videomüşahidə və təhlükəsizlik texnologiyalarına uyğunlaşma yavaş gedir. Buna səbəb isə onların cəmiyyətin gündəlik həyatına tədricən inteqrasiya olunmasıdır. Texnologiyaların həyata tələsik tətbiqi onunla nəticələnə bilər ki, onların sayı cəmiyyətin qəbul etməyə hazır olduğu saydan çox olar.    
 
Məsələn, biometrik texnologiyaların smartfonlarda, kompüter və ya avtomobil kimi digər gündəlik qurğularda tətbiqi insanlara onların necə faydalı olmasını və istifadəsinin sadəliyini görməyə imkan verəcək. İstifadəçi texnologiyalara alışacaq və onlardan qorxmamağa başlayacaq.
Bundan sonra insanları şəxsiyyətin uzaq məsafədən identifikasiya sistemi kimi mürəkkəb texnologiyalarla tanış etmək olar. Texnologiyadan böyük ticarət mərkəzləri və dövlət müəssisələrində geniş istifadə etmək mümkündür. Lakin əvvəlcə fərdi məlumatların və məxfi informasiyanın təhlükəsizliyinin təmini tələb olunur, - “Hi-News” yazır.



Baxış sayı: 1092

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024