12px13px15px17px
Tarix:29/05/15

I Avropa Oyunlarına hazırlıq üzrə RYTN-BAOƏK arasında rəhbər komitənin sonuncu iclası keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Nazirliyin  birlik və müəssisələrinin I Avropa Oyunlarına hazırlıq üzrə  RYTN-BAOƏK arasında rəhbər komitənin sayca XIX - sonuncu  iclası keçirilib.

 

İclasda giriş sözü ilə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri cənab Ə.Abbasov I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyətindən danışıb. Nazir oyunlara hazırlıq dövründə BAOƏK-in tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyini və başa çatdırıldığını, RYTN-in rabitə  birlik və müəssisələrinin, digər əlaqədar strukturların birgə səmərəli fəaliyyət göstərdiklərini qeyd edib.

 
Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə xidmətlərinin təşkilinə, dövlət və strateji internet saytlarının mühafizəsinə, informasiya təhlükəsizliyinə, internet xidmətlərinin təşkilinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, "Azerspace-1" peykinin Oyunların yayımında istifadəsinə dair məlumatları dinlənildi.
 
Eyni zamanda Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında ABŞ-ın "Global Wireless Solutions" şirkətinin eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə edilib.

Bundan başqa, mobil operatorların rəhbərlərinin monitorinqin nəticələri və  Oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatları dinlənilib.
 
Nazir yekun çıxışında telekommunikasiya, radio-televiziya, internet və mobil rabitə xidmətlərinin, radiotezliklərin dayanıqlığının və təhlükəsizliyinin təmin edilməsi, rabitə kanallarının və obyektlərinin etibarlı işinin təmin edilməsi, həmçinin mühafizəsinin daha da gücləndirilməsi üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. 


Oyunların telekommunikasiya xidmətləri ilə təchizatı və radiotezliklərlə təminatı üzrə hazırlığın lazımi səviyyədə olduğunu qeyd edən nazir bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb. 
 
         
 
 
 
 
 
 



Baxış sayı: 1556

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024