12px13px15px17px
Tarix:29/05/15

Mobil rabitə dəstəkli elektronikanın satış həcmi artacaq

“Gartner” tədqiqat şirkətinin analitiklərinin proqnozuna görə, 2015-ci ildə dünyada smartfon sinfinə aid olmayan, amma mobil şəbəkələr vasitəsilə internetə qoşula bilən 112 milyondan çox qurğu satılıb.


Mütəxəssislər kateqoriya daxilində yığcam fərdi kompüterlər (FK), planşet və mobil giriş nöqtələrini fərqləndirir. Həmçinin bildirilib ki, 2014-cü illə müqayisədə belə cihazların satış həcmi 5,6 faiz yüksələcək.
 
Analitiklər hesab edir ki, mobil rabitə dəstəkli qurğular və “Wi-Fi-only” modeli arasında qiymət fərqi azalacaq. Belə ki,  2019-cu ilədək qiymət fərqi 10 və ya 20 ABŞ dollarınadək düşəcək. Bu baş verdikdə “GSM” modulla təchiz edilmiş cihazların yayılması tempi ildə 160 milyonadək artacaq.
 
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, tədqiqatda, həmçinin qurğuların ayrı-ayrı növləri üzrə proqnozlar verilib. Gözləntilərə görə, 2014-2019-cu illərdə mobil rabitə dəstəkli mobil fərdi kompüterlərin qlobal satış həcmi 1,8-dən 4,9 milyonadək artacaq. Bu halda “GSM” modula malik ultraportativ FK kateqoriyası daha sürətli artacaq. “Gartner”in qiymətləndirməsinə görə, 2014-2019-cu illərdə belə modellərin satış həcmi 492-dən 3,2 milyonadək yüksələcək.
 
“Gartner”in analitikləri bildirir ki, planşetlər mobil şəbəkələr üzrə internetə qoşulma imkanına malik kompüter qurğuları bazarının ən böyük seqmentidir. Hesab edilir ki, 2019-cu ildə planşetlərin satış həcmi 76 milyonadək artacaq. Məlumata görə, noutbuklardan fərqli olaraq, mobil rabitə dəstəkli planşetlərə inkişaf etmiş bazarlar deyil, inkişaf etməkdə olan bazarlar böyük maraq göstərir.
 
2014-cü ildə keçirilmiş “Gartner”in sorğusuna əsasən, ABŞ və Almaniyada planşetlərin müvafiq olaraq yalnız 25 və 33 faizi “GSM” modulla təchiz edilib, halbuki Hindistan və Braziliyada bu fərq müvafiq olaraq 52 və 49 faiz təşkil edir.
 
 
Emil Hüseynov
 
 
 
 



Baxış sayı: 564

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024