12px13px15px17px
Tarix:30/05/15

“Google” şirkəti “Instagram”a rəqib olacaq xidmətini təqdim edib

ABŞ-ın internet nəhəngi “Google” öz foto xidmətini təqdim edib. Yenilik populyar “Instagram” xidmətinə rəqib olacaq.

Şirkətin press-relizinə əsasən, “Google Photos” adlı xidmətin hazırlanması zamanı əsas məsələlərdən biri istifadəçilərə istənilən qurğunun köməyi ilə fotoşəkli bir yerdə saxlamaq imkanı yaratmaq olub.


Bundan başqa, yeni xidmət istifadəçiyə fotoşəkli effektiv axtarmağa imkan verəcək. Bundan ötrü “Google” sifətin tanınması texnologiyasından istifadəni planlaşdırır.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, internetə daxil olmağa imkan verən istənilən qurğudan “Google Photos” xidmətinə giriş əldə etmək mümkün olacaq. Bu halda şirkət fotoşəkillər üçün limitsiz həcmdə saxlanc yeri və yüksək keyfiyyətli (16 meqapikselə kimi) fotoşəkil dəstəyinə söz verib.

Emil Hüseynov
 



Baxış sayı: 688

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024