12px13px15px17px
Tarix:30/05/15

Hüquqi Aktların Dövlət Reyestrinə feldyeger rabitəsi orqanı əməkdaşları ilə bağlı yeni sənəd daxil edilib

Hüquqi Aktların Dövlət Reyestrinə yeni sənəd daxil olunub.
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Hüquqi Aktların Dövlət Reyestrinə Azərbaycan Nazirlər Kabinetinin 2004-cü il 29 oktyabr tarixli 163 nömrəli qərarı ilə təsdiq edilmiş “Feldyeger rabitəsi orqanı əməkdaşlarının attestasiyasının keçirilməsi qaydası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə qərarı daxil edilib.
 
Dəyişiklərə əsasən, “Attestasiyanın keçirilməsinin konkret müddəti, habelə cədvəli feldyeger rabitəsi orqanı tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına ən geci 1 ay qalmış attestasiyadan keçən əməkdaşların nəzərinə çatdırılır.” məzmunda 5-ci hissədə “konkret müddəti, habelə cədvəli” sözləri “müddəti, cədvəli və bu Əsasnamənin 5-1-ci hissəsində göstərilən sualların hazırlanmasında istifadə olunan hüquqi aktların və digər məlumat mənbələrinin siyahısı” sözləri ilə əvəz edilib.
 
Həmçinin “Attestasiya komissiyasının üzvləri tərəfindən əməkdaşa yalnız tutduğu vəzifəyə, vəzifə təlimatına, ixtisasına dair, icra etdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, qulluq funksiyalarına aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan əməkdaşa onun xidməti fəaliyyətinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onun siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir.” məzmunda 5-1-ci hissə əlavə edilib.
 
CAHANGİR



Baxış sayı: 743

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 Noyabr 2024

26 11 2024