Tarix:01/06/15
Britaniya ailələrinin dördayaqlı sevimliləri sahiblərinə 358 milyon funt (0,5 milyard avro) məbləğində ziyan vurmaqla bu göstərici üzrə birincidirlər. Onlar Böyük Britaniya evlərinin 14 faizində telefon, planşet və noutbukları sıradan çıxarıblar.
Hesabata görə, texnikanın zədələnməsinin əsas səbəbi odur ki, itlər və pişiklər qurğuları öz oyuncaqları kimi anlayaraq onları gəmirirlər. Bundan başqa, heyvanlar qurğuları düşürür, üstünə maye tökür və onlar üzərində atılıb-düşürlər.
"Nəticədə ev heyvanları sahibləri telefon, planşet və digər qurğuların təmirinə çoxlu pul xərcləyirlər", - "SquareTrade" şirkətinin Avropa ofisinin direktoru Kevin Qillan deyib.
Tədqiqatın aparılması üçün şirkət 16 min ev heyvanı sahibinin fikrini öyrənib, - "Lenta" yazır.
Avropada ev heyvanları iki milyard avroluq qurğunu yararsız hala salıblar
Son beş ildə Avropada ev itləri və pişikləri ümumilikdə 1,5 milyard funt-sterlinq (2,1 milyard avro) dəyərində qurğunu istifadəyə yararsız hala salıblar. Bu barədə Britaniyanın "Mirror" nəşri texnikanın zədələnmələrdən qorunması məsələləri ilə məşğul olan "SquareTrade" şirkətinin hesabatına istinadən məlumat verib.Britaniya ailələrinin dördayaqlı sevimliləri sahiblərinə 358 milyon funt (0,5 milyard avro) məbləğində ziyan vurmaqla bu göstərici üzrə birincidirlər. Onlar Böyük Britaniya evlərinin 14 faizində telefon, planşet və noutbukları sıradan çıxarıblar.
Hesabata görə, texnikanın zədələnməsinin əsas səbəbi odur ki, itlər və pişiklər qurğuları öz oyuncaqları kimi anlayaraq onları gəmirirlər. Bundan başqa, heyvanlar qurğuları düşürür, üstünə maye tökür və onlar üzərində atılıb-düşürlər.
"Nəticədə ev heyvanları sahibləri telefon, planşet və digər qurğuların təmirinə çoxlu pul xərcləyirlər", - "SquareTrade" şirkətinin Avropa ofisinin direktoru Kevin Qillan deyib.
Tədqiqatın aparılması üçün şirkət 16 min ev heyvanı sahibinin fikrini öyrənib, - "Lenta" yazır.
Baxış sayı: 727
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır