12px13px15px17px
Tarix:01/06/15

Bakıda neft-qaz sahəsində tətbiq olunan texnologiyalar nümayiş etdiriləcək

İyunun 2-dən 5-dək Bakı Ekspo Mərkəzində Xəzəryanı regionda energetika sektorunun ən iri tədbiri - 22-ci Azərbaycan Beynəlxalq “Xəzər Neft və Qaz” (“Caspian Oil and Gas 2015”) sərgi və konfransı keçiriləcək.
 
Sərginin təşkilatçısı “Iteca Caspian” şirkətindən verilən məlumata görə,ekspozisiya neft hasilatı və enerji daşıyıcılarının nəql edilməsi sahəsində innovativ texnologiyalar, neft və qazın saxlanması sistemlərinin təmin edilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi imkanları və digər tematik bölümlərdən ibarət olacaq. “Caspian Oil and Gas” sərgisinin ayrılmaz atributu texnoloji innovasiyaların nümayiş etdirilməsidir. Bu il sərginin həm daimi, həm də yeni iştirakçıları neft hasilatı sahəsində öz innovativ texnologiyalarını, neft-qaz sahəsində İT, qazmanın tamamlanmasından sonra quyuların təmizlənməsi texnologiyalarını və digər texnologiyaları təqdim edirlər.
 
Qeyd edək ki, “Caspian Oil and Gas” sərgi və konfransının ən son xəbərləri operativ surətdə http://www.cog.az www.oilgasconference.az rəsmi veb-saytlarında yerləşdiriləcək. “Baker Hughes” şirkətinin sponsor dəstəyi ilə işlənib hazırlanmış mobil telefon təyinatlı tətbiqi proqram sayəsində planetin istənilən nöqtəsində “Caspian Oil and Gas” sərgi və konfransının bütün xəbərlərini oxumaq mümkündür.
 
CAHANGİR
 



Baxış sayı: 629

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024