12px13px15px17px
Tarix:01/06/15

Azərbaycan İpoteka Fondu “Elektron hökumət” portalına qoşulacaq

Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu elektron xidmətlərini “Elektron Hökumət” portalı vasitəsilə daha sadələşdirilmiş şəkildə vətəndaşlara təqdim edəcək.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində fondun nümayəndələrinin də iştirakı ilə baş tutan toplantıda bu qənaətə gəlinib.
 
 
Görüş zamanı fond tərəfindən yaradılan onlayn ipoteka sisteminin portal üzərindən vətəndaşlara təqdimi və bu prosesin qanunvericiliyə uyğun şəkildə təmin edilməsi məsələləri müzakirə edilib.
 
 
CAHANGİR



Baxış sayı: 763

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024