Tarix:01/06/15
Şirkət nümayəndələri qeyd edir ki, yaxın beş il ərzində smartfonlar vasitəsilə internet bağlantılarının sayı iki dəfə, trafikin həcmi isə səkkiz dəfə artacaq. Belə şəraitdə müasir “LTE” şəbəkələrinin imkanları kifayət etməyəcək. Vəziyyətdən çıxmağa 10 və ya 20 Qbit/saniyəyədək buraxılış qabiliyyətini təmin edəcək “5G” texnologiyası kömək edəcək. Bu halda şəbəkədə fasilələr azalacaq və enerji effektivliyi artacaq.
“Ericsson” “5G” şəbəkələrinin prototiplərini ABŞ və İsveçdə laboratoriya şəraitində və açıq havada sınaqdan keçirir. Hazırda açıq havada sınaqlar zamanı xüsusi avadanlıqla təchiz edilmiş minik maşınından istifadə edilir. Hərəkət zamanı artıq məlumatların 2 Qbit/saniyədən çox sürətdə ötürülməsinə nail olunub. Həmçinin “Ericsson” Stokholmda laboratoriya şəraitində işçi şəbəkəsində simsiz məlumatları 5Qbit/saniyə sürətində ötürə bilib.
“Ericsson” platforması "5G Multipoint Connectivity” texnologiyasından istifadəni nəzərdə tutur: “5G”-ni dəstəkləyən qurğu eyni anda bir neçə baza stansiyasına qoşulur ki, bu da məlumatları bir neçə axında yükləmək sayəsində ötürmə sürətini artırmağa, eləcə də siqnalın keyfiyyətini yaxşılaşdırmağa və sabit qəbulu təmin etməyə imkan verir. Bundan başqa, bir neçə siqnal axınının bir radiotezlik kanalında ötürülməsi üçün "Distributed MIMO” (Multiple Input Multiple Output) sistemi tətbiq edilir, - "3DNews” yazır.
Smartfonlar vasitəsilə internet trafikin həcmi isə səkkiz dəfə artacaq
İsveçin “Ericsson” şirkəti kommersiya istifadəsinə 2020-ci ildə veriləcək beşinci nəsil mobil şəbəkələrinin (5G) işində uğura nail olmasını bəyan edib.Şirkət nümayəndələri qeyd edir ki, yaxın beş il ərzində smartfonlar vasitəsilə internet bağlantılarının sayı iki dəfə, trafikin həcmi isə səkkiz dəfə artacaq. Belə şəraitdə müasir “LTE” şəbəkələrinin imkanları kifayət etməyəcək. Vəziyyətdən çıxmağa 10 və ya 20 Qbit/saniyəyədək buraxılış qabiliyyətini təmin edəcək “5G” texnologiyası kömək edəcək. Bu halda şəbəkədə fasilələr azalacaq və enerji effektivliyi artacaq.
“Ericsson” “5G” şəbəkələrinin prototiplərini ABŞ və İsveçdə laboratoriya şəraitində və açıq havada sınaqdan keçirir. Hazırda açıq havada sınaqlar zamanı xüsusi avadanlıqla təchiz edilmiş minik maşınından istifadə edilir. Hərəkət zamanı artıq məlumatların 2 Qbit/saniyədən çox sürətdə ötürülməsinə nail olunub. Həmçinin “Ericsson” Stokholmda laboratoriya şəraitində işçi şəbəkəsində simsiz məlumatları 5Qbit/saniyə sürətində ötürə bilib.
“Ericsson” platforması "5G Multipoint Connectivity” texnologiyasından istifadəni nəzərdə tutur: “5G”-ni dəstəkləyən qurğu eyni anda bir neçə baza stansiyasına qoşulur ki, bu da məlumatları bir neçə axında yükləmək sayəsində ötürmə sürətini artırmağa, eləcə də siqnalın keyfiyyətini yaxşılaşdırmağa və sabit qəbulu təmin etməyə imkan verir. Bundan başqa, bir neçə siqnal axınının bir radiotezlik kanalında ötürülməsi üçün "Distributed MIMO” (Multiple Input Multiple Output) sistemi tətbiq edilir, - "3DNews” yazır.
Baxış sayı: 605
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib