Tarix:02/06/15
BTİ bu əhəmiyyətli hadisəni Cenevrədə mənzil-qərargahında yerüstü rəqəmli radio və televiziya yayımının bu gün və gələcəkdə təmin edəcəyi üstünlüklərə malik olmasını təsdiq etmək üçün fikir mübadiləsini stimullaşdıran simpozium keçirəcək.
BTİ yuxarıda qeyd olunan müddəti 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında təşkilata üzv dövlətlərlə birlikdə rəqəmli televiziya yayımına keçidlə bağlı “GE06” adlanan regional saziş imzalayıb və 2015-ci ilədək keçid prosesinin başa çatdırılması barədə razılıq əldə olunub.
Simpozium analoq radio yayımından rəqəmli radioya keçidlə bağlı qarşıda duran vəzifələri və televiziya sahəsində uğurları müzakirə etmək üçün dünya ekspertlərini bir araya gətirəcək.
Hazırda dünya ölkələri aktiv şəkildə rəqəmli televiziyaya keçir. “GE06” sazişinin bir neçə iştirakçı ölkəsi, eləcə də sazişə üzv olmayan əksər dövlətlər artıq keçid prosesini başa çatdırıb, digərləri keçidi başa çatdırmaq mərhələsindədir.
“BTİ Birləşmiş Millətlər Təşkilatının informasiya-kommunikasiya texnologiyaları (İKT) məsələləri üzrə ixtisaslaşmış təsisatı kimi gələcəkdə də yeni texnologiyaların inkişafına yardım edəcək. Mən rəqəmli radio-televiziya yayımına uğurla keçən ölkələrin administrasiyalarını təbrik edirəm, keçidi həyata keçirən administrasiyalara isə müvəffəqiyyətlər arzulayıram”, - BTİ baş katibi Houlin Çjao bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycan BTİ-yə üzv dövlət kimi rəqəmli televiziya yayımına keçid prosesini bu ilin payızında tam başa çatdıracaq, - BTİ saytı yazır.
Ölkələrin analoq radio-televiziya yayımından rəqəmli yayıma keçidinə həsr edilən simpozium keçiriləcək
Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən ölkələr üçün analoq radio-televiziya yayımından rəqəmli yayıma keçidlə bağlı təyin edilən 17 iyun 2015-ci il tarixi son müddətdir və təşkilatın 1-ci regionuna (Avropa, Afrika, Yaxın Şərq və Orta Asiya), eləcə də İrana şamil olunur.BTİ bu əhəmiyyətli hadisəni Cenevrədə mənzil-qərargahında yerüstü rəqəmli radio və televiziya yayımının bu gün və gələcəkdə təmin edəcəyi üstünlüklərə malik olmasını təsdiq etmək üçün fikir mübadiləsini stimullaşdıran simpozium keçirəcək.
BTİ yuxarıda qeyd olunan müddəti 2006-cı ilin mayında İsveçrənin Cenevrə şəhərində keçirilmiş Regional Radiorabitə Konfransında təşkilata üzv dövlətlərlə birlikdə rəqəmli televiziya yayımına keçidlə bağlı “GE06” adlanan regional saziş imzalayıb və 2015-ci ilədək keçid prosesinin başa çatdırılması barədə razılıq əldə olunub.
Simpozium analoq radio yayımından rəqəmli radioya keçidlə bağlı qarşıda duran vəzifələri və televiziya sahəsində uğurları müzakirə etmək üçün dünya ekspertlərini bir araya gətirəcək.
Hazırda dünya ölkələri aktiv şəkildə rəqəmli televiziyaya keçir. “GE06” sazişinin bir neçə iştirakçı ölkəsi, eləcə də sazişə üzv olmayan əksər dövlətlər artıq keçid prosesini başa çatdırıb, digərləri keçidi başa çatdırmaq mərhələsindədir.
“BTİ Birləşmiş Millətlər Təşkilatının informasiya-kommunikasiya texnologiyaları (İKT) məsələləri üzrə ixtisaslaşmış təsisatı kimi gələcəkdə də yeni texnologiyaların inkişafına yardım edəcək. Mən rəqəmli radio-televiziya yayımına uğurla keçən ölkələrin administrasiyalarını təbrik edirəm, keçidi həyata keçirən administrasiyalara isə müvəffəqiyyətlər arzulayıram”, - BTİ baş katibi Houlin Çjao bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycan BTİ-yə üzv dövlət kimi rəqəmli televiziya yayımına keçid prosesini bu ilin payızında tam başa çatdıracaq, - BTİ saytı yazır.
Baxış sayı: 564
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır