12px13px15px17px
Tarix:10/09/11

“Google” musiqi xidməti “iPhone” və “iPad”da da işlədi

“Google” şirkətinin “Music Beta” musiqi xidmətindən artıq “iOS” əməliyyat sistemi quraşdırılan mobil qurğu sahibləri də istifadə edə bilər. Bu barədə “Google” şirkəti öz mikrobloqunda məlumat verib.

“Android” əməliyyat sistemində olan qurğular üçün “Music Beta”-nın ayrı proqramı istifadəyə verilib. Onlardan fərqli olaraq “iPhone”, “iPad” və “iPod touch Safari” səyyahı vasitəsilə “Google”-un musiqi xidməti ilə qarşılıqlı əlaqədə ola biləcək. “iOS” üçün ayrı proqramın istifadəyə verilməsi şirkət tərəfindən dəqiqləşdirilmir.

İstifadəçilər səyyahda musiqiyə qulaq asa, trek, albom və ifaçıların siyahılarına baxa bilərlər,- “TechCrunch” bildirib.

“Google” şəxsi musiqi xidmətini may ayında I/O istehsalçılarının konfransında təqdim edib. Sentyabr ayına qədər “Music Beta” xidməti ilə yalnız “Android” əsasında olan kompyuter və mobil qurğularda işləmək mümkün idi.

“Music Beta” xidmətinə giriş dəvət ilə həyata keçirilir və yalnız ABŞ ərazisində istifadə mümkündür. “Music Beta” istifadəçiləri “Google” serverlərinə şəxsi kolleksiyalarından 20 minə qədər mahnı yükləyə bilərlər.



Baxış sayı: 1846

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024