Tarix:03/06/15
Məlumata görə, idarəetmə xidmətlərinə televiziya şirkətinin Böyük Britaniyada və dünyada internet telekanallarını yaymağa kömək edəcək texnologiya və servislər daxildir.
“Ericsson Broadcast and Media Services” bölməsinin rəhbəri Torsten Zauer sazişin şirkət üçün böyük əhəmiyyətə malik olmasını bildirərək sənədin maliyyə tərəfi barədə açıqlama verməyib. Bir müddət əvvəl “BBC” nümayəndələri sazişin 150-248 milyon funt-sterlinq (228-377 milyon dollar) dəyərində ola biləcəyini bəyan ediblər.
2007-ci ildə teleradio verilişlərinin ötürülməsi bazarına daxil olan İsveç istehsalçısı "Nordic TV Channel C More” televiziya şirkəti ilə saziş imzalayıb. “Ericsson” Britaniya şirkətinə interaktiv xidmətlər, internet xidmətləri və s. daxil olmaqla geniş spektrdə servislər təqdim edir. Qeyd olunan xidmətlərə indi idarəetmə xidmətləri də əlavə olunur, - "DailyComm” yazır.
İsveç istehsalçısı “BBC” şirkəti ilə yeddiillik saziş imzalayıb
İsveçin telekommunikasiya avadanlığı istehsalçısı “Ericsson” şirkəti Britaniyanın “BBC” televiziya şirkətinə idarəetmə xidmətlərinin göstərilməsi üçün elan edilən tenderin qalibi olub. Saziş 7 il üçün nəzərdə tutulub.Məlumata görə, idarəetmə xidmətlərinə televiziya şirkətinin Böyük Britaniyada və dünyada internet telekanallarını yaymağa kömək edəcək texnologiya və servislər daxildir.
“Ericsson Broadcast and Media Services” bölməsinin rəhbəri Torsten Zauer sazişin şirkət üçün böyük əhəmiyyətə malik olmasını bildirərək sənədin maliyyə tərəfi barədə açıqlama verməyib. Bir müddət əvvəl “BBC” nümayəndələri sazişin 150-248 milyon funt-sterlinq (228-377 milyon dollar) dəyərində ola biləcəyini bəyan ediblər.
2007-ci ildə teleradio verilişlərinin ötürülməsi bazarına daxil olan İsveç istehsalçısı "Nordic TV Channel C More” televiziya şirkəti ilə saziş imzalayıb. “Ericsson” Britaniya şirkətinə interaktiv xidmətlər, internet xidmətləri və s. daxil olmaqla geniş spektrdə servislər təqdim edir. Qeyd olunan xidmətlərə indi idarəetmə xidmətləri də əlavə olunur, - "DailyComm” yazır.
Baxış sayı: 618
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır