12px13px15px17px
Tarix:04/06/15

Azərbaycana mobil telefon və aksesuarlarının qaçaqmalçılıq yolu ilə gətirildiyi növbəti ölkə bəlli olub

Azərbaycan ərazisinə mobil telefon və aksesuarlarının Gürcüstan ərazisindən də gətirildiyi bəlli olub.
 
Qaçaqmalçılıq yolu ilə ölkə sərhədlərini keçirməyə cəhd edən şəxsin daşıdığı külli miqdarda mobil telefon sərhədçilər tərəfindən müsadirə edilib.
 
 
Bununla bağlı Dövlət Gömrük Komitəsi məlumat yayıb.
 
Komitənin məlumatında bildirilir ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstandan ölkəmizə gələn Azərbaycan vətəndaşı, Bakı şəhər sakini Süleymanov Emin Məmmədağa oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes Benz E240” markalı 99DM819 dövlət nömrə nişanlı minik avtomobilinə “Smiths Heimann HCVG” yük yoxlama-baxış sistemi ilə gömrük nəzarəti həyata keçirilib.
 
Yoxlama zamanı nəqliyyat vasitəsinin gizli saxlanc yerlərindən 127 ədəd müxtəlif markalı mobil telefonlar, eləcə də külli miqdarda mobil telefonlar üçün aksessuarlar gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.
 
 
Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində araşdırma aparılır.
 
 
SEYMUR



Baxış sayı: 640

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024