Tarix:04/06/15
"9-cu Beynəlxalq Konfrans Rusiyanın Rostov-Don şəhərində yerləşən Cənub Federal Universitetinin 100 illiyinə həsr edilib. "AICT-2015" cari ilin 14-16 oktyabr tarixlərində Cənub Federal Universitetində keçiriləcək. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir. Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir".
"AICT-2015" adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq.
Tədbir Lomonosov adına Moskva Dövlət Universiteti, Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Qafqaz Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun təşkilatçılığı, Qafqaz Universiteti, IEEE - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) İEEE Azərbaycan şöbəsinin texniki dəstəyi ilə keçiriləcək.
Bakı, Daşkənd, Tbilisi, Astanada keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alimləri, müəllim və tələbə heyəti, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün "AICT-2015" xüsusi platformaya çevriləcək.
Konfrans əvvəlki illərdə müxtəlif ölkələrin, o cümlədən Avstraliya, Azərbaycan, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, İsveç, Tailand, Türkiyə, Ukrayna, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Özbəkistan və s. ölkələrdən olan tədqiqatçıların diqqətini cəlb edib.
"AICT-2015" Beynəlxalq Konfransının tematik mövzularına 80-nə qədər istiqamət daxildir. Tədbir işini "Kibertəhlükəsizlik problemləri", "İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər", "Böyük verilənlərin idarəsi və tətbiqi", "Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi", "Kommunikasiya, şəbəkə və avadanlıq", "Biznes, idarəetmə və iqtisadiyyatda İKT", "Dövlət xidmətlərində İKT", "Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT", "Tibb və səhiyyədə İKT" bölmələri üzrə aparacaq. Amma konfransın mövzuları yalnız bu sahələrlə məhdudlaşmır. "AICT-2015" konfransı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Hesab edilir ki, "AICT-2015" İKT sahəsindəki nailiyyətlərin daha da artmasına xidmət edəcək.
Qeyd edək ki, "AICT-2013" konfransı 23-25 tarixlərində Bakıda keçirilib. Beynəlxalq konfransa Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, "IEEE" Azərbaycan bölməsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu tərəfindən texniki dəstək verilib. "AICT-2014" isə ötən ilin 15-17 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilib. Tədbirdə Azərbaycanı ölkəmizin bir sıra ali təhsil müəllimlərindən ibarət nümayəndə heyəti təmsil edib.
Həqiqət İSABALAYEVA
İIKT-nin Tətbiqi üzrə 9-cu Beynəlxalq Konfransa layihələrin təqdim edilməsi üçün son tarix iyunda başa çatacaq
"AICT-2015" - İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi üzrə 9-cu Beynəlxalq Konfransa layihələrin təqdim edilməsi üçün son tarix iyunun 30-da başa çatacaq. Təşkilat Komitəsindən qeyd edilib ki, işlərin qəbul edilməsi ilə bağlı xəbərdarlıq isə iyulun 15-də tamamlanacaq:"9-cu Beynəlxalq Konfrans Rusiyanın Rostov-Don şəhərində yerləşən Cənub Federal Universitetinin 100 illiyinə həsr edilib. "AICT-2015" cari ilin 14-16 oktyabr tarixlərində Cənub Federal Universitetində keçiriləcək. Konfransın əsas məqsədi ümumi maraq və problemlər ətrafında birləşmiş dünyanın müxtəlif guşələrindən olan elm adamları və mühəndisləri eyni coğrafi məkana gətirməkdir. Bu baxımdan tədbirə İKT-nin təhsil və təlimdə, elm və tədqiqatlarda, idarəetmədə, təhlükəsizlikdə, səhiyyə sistemində, dövlət strukturlarında, kommunikasiya və rabitə sahəsində yeni və keyfiyyətli tədqiqatlar aparan elm adamları dəvətlidir".
"AICT-2015" adıçəkilən sahələrdə çalışan və ya təhsil alan insanlara öz elmi işlərini geniş auditoriyada tətbiq etmək, geniş dairəli məsələlərin optimal həllərini tapmaq imkanı verən ən məşhur akademik konfranslardan biri olacaq.
Tədbir Lomonosov adına Moskva Dövlət Universiteti, Qumilyov adına Avrasiya Milli Universiteti, Nazarbayev Universiteti, Qafqaz Universiteti, İnformasiya Təhlükəsizliyi və Kriptologiya İnstitutunun təşkilatçılığı, Qafqaz Universiteti, IEEE - Elektrotexnika və Elektronika Mühəndislər İnstitutunun (ABŞ) İEEE Azərbaycan şöbəsinin texniki dəstəyi ilə keçiriləcək.
Bakı, Daşkənd, Tbilisi, Astanada keçirilən əvvəlki konfransların uğurlarına əsaslanaraq, bu il də informasiya və kommunikasiya texnologiyaları sahəsində müxtəlif ölkələrin alimləri, müəllim və tələbə heyəti, tədqiqatçılar, mütəxəssislər arasında yeniliklərin təqdimatı, tədqiqatlar, sınaq və təcrübələrin müzakirəsinin təmin edilməsi üçün "AICT-2015" xüsusi platformaya çevriləcək.
Konfrans əvvəlki illərdə müxtəlif ölkələrin, o cümlədən Avstraliya, Azərbaycan, Çin, Finlandiya, Gürcüstan, Almaniya, Hindistan, İran, İtaliya, Yaponiya, Qazaxıstan, Koreya, Latviya, Malayziya, Pakistan, Filippin, Portuqaliya, Rumıniya, Rusiya, Slovakiya, İspaniya, İsveç, Tailand, Türkiyə, Ukrayna, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları, Özbəkistan və s. ölkələrdən olan tədqiqatçıların diqqətini cəlb edib.
"AICT-2015" Beynəlxalq Konfransının tematik mövzularına 80-nə qədər istiqamət daxildir. Tədbir işini "Kibertəhlükəsizlik problemləri", "İKT-nin tətbiqində ən son tendensiyalar, nailiyyətlər", "Böyük verilənlərin idarəsi və tətbiqi", "Verilənlərin Emalı və Verilənlər Mühəndisliyi", "Kommunikasiya, şəbəkə və avadanlıq", "Biznes, idarəetmə və iqtisadiyyatda İKT", "Dövlət xidmətlərində İKT", "Elm, təhsil, sosial və humanitar tədqiqatlarda İKT", "Tibb və səhiyyədə İKT" bölmələri üzrə aparacaq. Amma konfransın mövzuları yalnız bu sahələrlə məhdudlaşmır. "AICT-2015" konfransı çərçivəsində bir sıra tədbirlərin keçirilməsi də nəzərdə tutulub. Hesab edilir ki, "AICT-2015" İKT sahəsindəki nailiyyətlərin daha da artmasına xidmət edəcək.
Qeyd edək ki, "AICT-2013" konfransı 23-25 tarixlərində Bakıda keçirilib. Beynəlxalq konfransa Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN), Azərbaycan Respublikası Təhsil Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, AMEA İnformasiya Texnologiyaları İnstitutu, "IEEE" Azərbaycan bölməsi, İnformasiya Texnologiyaları Beynəlxalqlaşdırma Tədqiqat Mərkəzi (Koreya) və Elektrotexnika və Elektronika Mühəndislər İnstitutu tərəfindən texniki dəstək verilib. "AICT-2014" isə ötən ilin 15-17 oktyabr tarixlərində Qazaxıstanın Astana şəhərində keçirilib. Tədbirdə Azərbaycanı ölkəmizin bir sıra ali təhsil müəllimlərindən ibarət nümayəndə heyəti təmsil edib.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 559
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır