Tarix:04/06/15
Qeyd olunan amillərin hamısı birlikdə internet trafikinin ortaillik həcminin 23 faiz artması ilə nəticələnəcək. Bu, son on ildə verilən bütün proqnozlarda maksimal artım olacaq. Ötən il analitiklər 2013-2018-ci illərdə bu göstəricinin 21 faiz olmasını proqnozlaşdırıblar.
“2016-cı ildə İP trafikin illik həcmi 1 zettabayt təşkil edəcək. Bu səviyyəyə nail olmaq üçün 1984-cü ildən bəri 32 il lazım olub. Proqnoza görə, artıq 2019-cu ilədək bu göstərici 2 zettabayta bərabər olacaq, - “Cisco” şirkətinin məhsulların marketinqi və servis provayderləri üçün həllər üzrə vitse-prezidenti Duq Yebster deyib.
Stasionar və mobil şəbəkələrin artması və genişlənməsi ilə əlaqədar olaraq insanlar internetdən daha çox istifadə etməyə başlayıb. 2014-cü ildə 2,8 milyard nəfər və ya Yer kürəsinin 7,2 milyard təşkil edən əhalisinin 39 faizi internet istifadəçisi olub. 2019-cu ildə internet istifadəçilərinin sayının 3,9 milyarda və ya 51 faizə (proqnoza görə, Yer kürəsi əhalisinin sayı 7,6 milyard nəfər təşkil edəcək) çatacağı gözlənilir.
2014-cü ilin yekunları üzrə şəbəkəyə qoşulan qurğuların sayı 14 milyard olub. Beş ildən sonra bu sayın 24 milyardadək artacağı bildirilir. 2019-cu ilədək dünyada adambaşına 3,2 şəbəkə qurğu və bağlantısı (2014-cü ildə bu göstərici 2 olub) düşəcək.
“Cisco”nun proqnozuna görə, 2019-cu ildə planetdə stasionar genişzolaqlı internetin orta sürəti iki dəfə - 20,3 Mbit/saniyədən 42,5 Mbit/saniyəyədək artacaq. Stasionar genişzolaqlı internetin sürətinə görə dünya lideri Qərbi Avropa və Asiya-Sakit okean regionu olaraq qalır, - "Delo” yazır.
“Cisco”: “Dünya İP trafikin həcmi 2019-cu ilədək iki dəfə artacaq”
2014-2019-cu illərdə İP şəbəkələrində ötürülən məlumatların ümumdünya həcmi iki dəfə artaraq rekord 2 zettabayta çatacaq. “Cisco” şirkəti nümayəndələrinin fikrincə, dünya İP trafikinin həcminin artmasına bir sıra amillər səbəb olacaq. Səbəblər kimi internet istifadəçilərinin sayının artması, genişzolaqlı internetin şəbəkəyə və “М2М” bağlantılara qoşulma sürətinin yüksəlməsi, eləcə də qabaqcıl videoservislərin yayılması göstərilir.Qeyd olunan amillərin hamısı birlikdə internet trafikinin ortaillik həcminin 23 faiz artması ilə nəticələnəcək. Bu, son on ildə verilən bütün proqnozlarda maksimal artım olacaq. Ötən il analitiklər 2013-2018-ci illərdə bu göstəricinin 21 faiz olmasını proqnozlaşdırıblar.
“2016-cı ildə İP trafikin illik həcmi 1 zettabayt təşkil edəcək. Bu səviyyəyə nail olmaq üçün 1984-cü ildən bəri 32 il lazım olub. Proqnoza görə, artıq 2019-cu ilədək bu göstərici 2 zettabayta bərabər olacaq, - “Cisco” şirkətinin məhsulların marketinqi və servis provayderləri üçün həllər üzrə vitse-prezidenti Duq Yebster deyib.
Stasionar və mobil şəbəkələrin artması və genişlənməsi ilə əlaqədar olaraq insanlar internetdən daha çox istifadə etməyə başlayıb. 2014-cü ildə 2,8 milyard nəfər və ya Yer kürəsinin 7,2 milyard təşkil edən əhalisinin 39 faizi internet istifadəçisi olub. 2019-cu ildə internet istifadəçilərinin sayının 3,9 milyarda və ya 51 faizə (proqnoza görə, Yer kürəsi əhalisinin sayı 7,6 milyard nəfər təşkil edəcək) çatacağı gözlənilir.
2014-cü ilin yekunları üzrə şəbəkəyə qoşulan qurğuların sayı 14 milyard olub. Beş ildən sonra bu sayın 24 milyardadək artacağı bildirilir. 2019-cu ilədək dünyada adambaşına 3,2 şəbəkə qurğu və bağlantısı (2014-cü ildə bu göstərici 2 olub) düşəcək.
“Cisco”nun proqnozuna görə, 2019-cu ildə planetdə stasionar genişzolaqlı internetin orta sürəti iki dəfə - 20,3 Mbit/saniyədən 42,5 Mbit/saniyəyədək artacaq. Stasionar genişzolaqlı internetin sürətinə görə dünya lideri Qərbi Avropa və Asiya-Sakit okean regionu olaraq qalır, - "Delo” yazır.
Baxış sayı: 645
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib