12px13px15px17px
Tarix:04/06/15

“Intel” şirkəti tibb və “Əşyalar interneti” sahəsində layihələri ilə bağlı planlarını açıqlayıb

Dünyanın aparıcı İT təsisatlarından  biri olan “Intel” şirkəti tibb və “Əşyalar interneti” sahəsində layihələri haqda planlarını ictimaiyyətlə bölüşüb.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Startup Village 2015” konfransının nəticələrinə görə, korporasiya Rusiyanı “Challenge Up!” beynəlxalq sammitində təmsil edəcək layihələrini elan edib.
 
Bu layihələr “Intel”in xüsusi nominasiyasında qalib gələn “VIS Cast” və “Oriense” layihələri olub.
 
“Biz sadəcə tədqiqat layihəsi axtarmırdıq, layihə istehlakçı tələbatına uyğun olaraq problemin həllini təqdim etməlidir”, - deyə “Intel Software” şirkətinin baş direktoru İqor Koloşin bildirib.
 
Aynur Vəliyeva



Baxış sayı: 566

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024