12px13px15px17px
Tarix:04/06/15

“Nar” “Bakı-2015” Avropa Oyunlarına dəstək məqsədilə yeni çarx hazırladı

"Bakı-2015" Avropa Oyunlarının rəsmi tərəfdaşı və telekommunikasiya təminatçısı olan "Nar" mobil operatoru ilk dəfə keçiriləcək bu mötəbər yarışa dəstək məqsədilə yeni reklam çarxını təqdim etdi. Azərbaycanın sürətlə inkişaf edən rabitə operatorunun hazırladığı çarx iki qardaşın hekayəsini önə çəkir və məsafədən asılı olmayaraq, sevdiklərinin yardımı ilə insanın bir çox şeyə nail ola biləcəyindən bəhs edir. "Bağlandıqca daha güclüyük" çarxın mesajıdır.   Çarxı "Nar" operatorunun rəsmi "Facebook" səhifəsində izləmək olar.
 

 
Qeyd etmək lazımdır ki, "Bakı-2015" Avropa Oyunlarına dəstək kampaniyasının bir parçası olaraq, "Nar" mobil operatoru Bakı bulvarı, "Crystal Hall" konsert salonu və Avropa Oyunları parkı ərazisində müxtəlif aksiyalar keçirməyi planlaşdırır. "Bakı-2015" Avropa Oyunlarını təşviq etmək üçün mobil operator artıq bir sıra aksiyalar keçirib. Bunların arasında idman federasiyalarında "açıq qapı" günləri, idman jurnalistləri üçün master-klass və digər tədbirləri qeyd etmək olar.
 
 
Eyni zamanda, "Bakı 2015" Könüllülər proqramının rəsmi tərəfdaşı olan "Nar" operatoru Avropa Oyunları müddətində müxtəlif məqsədlər üçün istifadə olunacaq mobil tətbiqi könüllülər üçün təqdim edib.   
 



Baxış sayı: 605

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024