Tarix:04/06/15
Qeyd edək ki, "Microsoft" bütün dünyada bu təşəbbüslə çıxış edir və artıq iki il ardıcıl olaraq bu konfrans Azərbaycanda təşkil olunur.
Gənc xanımları İKT sahəsində fəaliyyət göstərməyə cəlb etmək məqsədi ilə keçirilən konfrans çərçivəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda İKT sahəsində qızların və qadınların geniş fəaliyyət göstərdiyini və bu yaxınlarda keçirilmiş "Netty" müsabiqəsinə təqdim edilmiş yeni saytların çoxunun məhz qadınlar tərəfindən müxtəlif xidmətlərin göstərilməsi üçün yaradıldığını bildirib.
Tədbir çərçivəsində E.Vəlizadə, "Microsoft İmaging Cup" müsabiqəsinə bu il ilk dəfə qoşulan və milli finalın innovasiya nominasiyası üzrə qalibi olan yerli ali məktəblərin komandalarından birinin artıq beynəlxalq finala çıxdığını bildirib və komanda üzvlərinə sertifikat təqdim edib.
"Bu müsabiqənin Sietldə keçiriləcək beynəlxalq finalına qatılacaq komandanın tərkibində də iki oğlan tələbə ilə yanaşı, iki qız iştirakçısı olub və onlar müxtəlif universitetləri təmsil ediblər. Bu, bir daha Azərbaycanda qızların İKT sahəsinə və startaplara olan marağın və gənclər üçün yaradılmış münbit şəraitin göstəricisidir. Nazirlik komanda üçün gələcəkdə inkişaf imkanı yaratmaq məqsədi ilə dəstək göstərəcək və digər uğurlu startap müəllifləri də bu dəstəyə nail ola bilərlər", - deyə nazir müavini qeyd edib.
Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş uğurlu qadınlarla ünsiyyət qurmaq imkanı əldə ediblər.
Konfransda "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, şirkətin marketinq üzrə meneceri Səbinə Pərvizi, "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, "Femmes Digitales" klubunun rəhbəri Yana Krimpe çıxış ediblər.
Bakıda qadınların İKT sektorunda roluna dair növbəti konfrans keçirilib (FOTOLAR)
Bakıda "Microsoft Azerbaijan" şirkətinin və Yüksək Texnologiyalar Parkının birgə təşkilatçılığı ilə qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş aparıcı İT şirkətlərin qadın rəhbərlərinin və nümayəndələrinin, eləcə də, bu sahə üzrə təhsil alan tələbə qızların iştirakı ilə "DigiGirlz" konfransı keçirilib.Qeyd edək ki, "Microsoft" bütün dünyada bu təşəbbüslə çıxış edir və artıq iki il ardıcıl olaraq bu konfrans Azərbaycanda təşkil olunur.
Gənc xanımları İKT sahəsində fəaliyyət göstərməyə cəlb etmək məqsədi ilə keçirilən konfrans çərçivəsində rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycanda İKT sahəsində qızların və qadınların geniş fəaliyyət göstərdiyini və bu yaxınlarda keçirilmiş "Netty" müsabiqəsinə təqdim edilmiş yeni saytların çoxunun məhz qadınlar tərəfindən müxtəlif xidmətlərin göstərilməsi üçün yaradıldığını bildirib.
Tədbir çərçivəsində E.Vəlizadə, "Microsoft İmaging Cup" müsabiqəsinə bu il ilk dəfə qoşulan və milli finalın innovasiya nominasiyası üzrə qalibi olan yerli ali məktəblərin komandalarından birinin artıq beynəlxalq finala çıxdığını bildirib və komanda üzvlərinə sertifikat təqdim edib.
"Bu müsabiqənin Sietldə keçiriləcək beynəlxalq finalına qatılacaq komandanın tərkibində də iki oğlan tələbə ilə yanaşı, iki qız iştirakçısı olub və onlar müxtəlif universitetləri təmsil ediblər. Bu, bir daha Azərbaycanda qızların İKT sahəsinə və startaplara olan marağın və gənclər üçün yaradılmış münbit şəraitin göstəricisidir. Nazirlik komanda üçün gələcəkdə inkişaf imkanı yaratmaq məqsədi ilə dəstək göstərəcək və digər uğurlu startap müəllifləri də bu dəstəyə nail ola bilərlər", - deyə nazir müavini qeyd edib.
Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş uğurlu qadınlarla ünsiyyət qurmaq imkanı əldə ediblər.
Konfransda "Microsoft Azerbaijan" şirkətinin baş direktoru Rüfət Hacıəlibəyov, şirkətin marketinq üzrə meneceri Səbinə Pərvizi, "Azerfon" şirkətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nigar Arpadarai, "Femmes Digitales" klubunun rəhbəri Yana Krimpe çıxış ediblər.
Baxış sayı: 1999
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır