12px13px15px17px
Tarix:05/06/15

“Sony” İsveçdə min nəfəri işdən azad edib

“Sony” şirkəti problemli mobil biznes bölməsinin yenidən təşkili prosesini davam etdirərək bu dəfə iş yerlərini azaltmaq qərarına gəlib.

Belə ki, “Sony Mobile” bölməsinin İsveç nümayəndəliyindən 575 ştatda olan əməkdaş və müqavilə əsasında çalışan 400 nəfər işdən azad edilib. Nəticədə yerli ofisin əməkdaşlarının sayı iki dəfə azalıb.
 
“Sony Mobile”-ın İsveç filialı proqram təminatının hazırlanmasında və Avropa müştərilərinə texniki dəstək xidmətlərində ixtisaslaşıb.  
 
Yaponiya istehsalçısı nümayəndəlikdə ixtisarların aparılmasını təsdiq edərək bəyan edib ki, bu addım 2015-ci ilin fevralında elan olunan kadr islahatlarının tərkib hissəsidir. O vaxt istehsalçı dünya üzrə mobil bölmədə 2100 iş yerinin ləğv edilməsini bildirib.
 
“Sony” martın 31-də başa çatan 2014-2015-ci maliyyə ilini 1 milyard dollarlıq itki ilə başa vurub. Buna smartfonlar bazarında problemlər səbəb olub. "Sony Mobile”-ın ötənilki itkiləri 1,8 milyard dollar təşkil edib, bu il üçün 315 milyon dollar məbləğində maliyyə itkiləri proqnozlaşdırılır, - “3DNews” yazır.



Baxış sayı: 558

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024