Tarix:05/06/15
Qərara əsasən, sadalanan istiqamətlər üzrə görülmüş işlərin lazımi səviyyədə yerinə yetirilməsi və başa çatdırılması nəzərə alınmalıdır.
Qərarda qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində və Oyunların keçiriləcəyi müddətdə RYTN-in öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.
RYTN-də iyunun 30-dək Oyunlarla əlaqədar "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İnteqrasiya qrupunun iclaslarında iştirak təmin ediləcək və iclasların qərarları üzrə müvafiq tədbirlər görülək.
RYTN-in birlik və müəssisələri, mobil və özəl telekommunikasiya operatorlarına BAOƏK-lə razılaşdırılaraq nazirlikdən göndərilmiş müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək.
BAOƏK-in Texniki Əməliyyat Mərkəzinin fəaliyyəti nəzarətdə saxlanılacaq və RYTN-in öhdəlikləri üzrə yarana biləcək problemlərə dair operativ tədbirlər görüləcək.
Bakı şəhərinin zəruri ərazilərində "Wi-Fi" xidmətlərinin keyfiyyətinə nəzarət təmin ediləcək.
Mobil rabitə xidmətləri üzrə aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək.
I Avropa Oyunları ilə əlaqədar olaraq BAOƏK-ə ayrılmış tezliklərin müdafiəsi və efirin monitorinqinin aparılması üzrə tədbirlər ciddi nəzarətlə davam etdiriləcək.
Oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal işi təmin ediləcək.
I Avropa Oyunlarının "Azerspace-1" peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək.
Mingəçevir Kür İdman Mərkəzinin və Atletlər kəndinin BAOƏK-in Bakı şəhərində qurulmuş data mərkəzləri və Beynəlxalq Yayım Mərkəzi ilə keyfiyyətli rabitəsinə və magistral kabellərin mühafizəsinə ciddi nəzarət təmin ediləcək.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji saytların mühafizəsinin və "Tetra" radio avadanlıqların işinin nəzarətdə saxlanıldığı nəzərə alınacaq.
"Delta Telekom LTD" MMM tərəfindən Oyunlara tələb olunan internetin tutumunun və təhlükəsizliyinin təmin ediləcəyi barədə Kollegiyaya təqdim edilmiş təqdimat nəzərə alınacaq.
Elektron Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə işləri davam etdirəcək.
"Azercell Telekom" MMC, "Bakcell" MMC və "Azrefon" MMC respublika ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və təşkilati məkanlarda "2G", "3G", "4G" mobil xidmətlərinin yüksək keyfiyyətlə göstərilməsini təmin edəcək.
Qərarın icrasına nəzarət nazirin birinci müavini İltimas Məmmədova tapşırılıb.
CAHANGİR
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası I Avropa Oyunları ilə bağlı qərar qəbul edib
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Kollegiyası I Avropa Oyunlarının telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti haqqında qərar qəbul edib.Qərara əsasən, sadalanan istiqamətlər üzrə görülmüş işlərin lazımi səviyyədə yerinə yetirilməsi və başa çatdırılması nəzərə alınmalıdır.
Qərarda qeyd olunur ki, I Avropa Oyunlarına hazırlıq ərəfəsində və Oyunların keçiriləcəyi müddətdə RYTN-in öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə saxlanılacaq.
RYTN-də iyunun 30-dək Oyunlarla əlaqədar "Qaynar xətt" xidməti fəaliyyət göstərəcək.
"Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İnteqrasiya qrupunun iclaslarında iştirak təmin ediləcək və iclasların qərarları üzrə müvafiq tədbirlər görülək.
RYTN-in birlik və müəssisələri, mobil və özəl telekommunikasiya operatorlarına BAOƏK-lə razılaşdırılaraq nazirlikdən göndərilmiş müvafiq tapşırıqların icrasına ciddi nəzarət ediləcək.
BAOƏK-in Texniki Əməliyyat Mərkəzinin fəaliyyəti nəzarətdə saxlanılacaq və RYTN-in öhdəlikləri üzrə yarana biləcək problemlərə dair operativ tədbirlər görüləcək.
Bakı şəhərinin zəruri ərazilərində "Wi-Fi" xidmətlərinin keyfiyyətinə nəzarət təmin ediləcək.
Mobil rabitə xidmətləri üzrə aparılmış monitorinqin nəticələrinin aradan qaldırılması üzrə tədbirlər görüləcək.
I Avropa Oyunları ilə əlaqədar olaraq BAOƏK-ə ayrılmış tezliklərin müdafiəsi və efirin monitorinqinin aparılması üzrə tədbirlər ciddi nəzarətlə davam etdiriləcək.
Oyun və təşkilati məkanlara çəkilmiş optik və mis kabellərin normal fəaliyyəti, mühafizəsi təmin ediləcək və ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal işi təmin ediləcək.
I Avropa Oyunlarının "Azerspace-1" peyki üzərindən yayımının təşkilinə ciddi nəzarət ediləcək.
Mingəçevir Kür İdman Mərkəzinin və Atletlər kəndinin BAOƏK-in Bakı şəhərində qurulmuş data mərkəzləri və Beynəlxalq Yayım Mərkəzi ilə keyfiyyətli rabitəsinə və magistral kabellərin mühafizəsinə ciddi nəzarət təmin ediləcək.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən dövlət və strateji saytların mühafizəsinin və "Tetra" radio avadanlıqların işinin nəzarətdə saxlanıldığı nəzərə alınacaq.
"Delta Telekom LTD" MMM tərəfindən Oyunlara tələb olunan internetin tutumunun və təhlükəsizliyinin təmin ediləcəyi barədə Kollegiyaya təqdim edilmiş təqdimat nəzərə alınacaq.
Elektron Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi üzrə işləri davam etdirəcək.
"Azercell Telekom" MMC, "Bakcell" MMC və "Azrefon" MMC respublika ərazisində və magistral avtomobil yollarında, xüsusilə oyun və təşkilati məkanlarda "2G", "3G", "4G" mobil xidmətlərinin yüksək keyfiyyətlə göstərilməsini təmin edəcək.
Qərarın icrasına nəzarət nazirin birinci müavini İltimas Məmmədova tapşırılıb.
CAHANGİR
Baxış sayı: 857
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı