Tarix:05/06/15
İyulun 8 və 9-da Bakı Dövlət Universitetində həmin magistrantların postmagistr dissertasiyası müdafiəsi keçiriləcək, təcrübə müddətində əldə etdikləri nailiyyətlərin təqdimatı olacaq.
Bakı Dövlət Universitetindən qeyd edilib ki, BDU Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu ilə ECONANO layihəsini həyata keçirir. Layihədə Fransanın Paris 13, Yunanıstanın Patras universitetləri, Azərbaycanın Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, “AzEcolab” monitorinq mərkəzi və Azərbaycanın Təhsil Nazirliyi iştirak edir.
Layihənin əsas məqsədi “Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik” ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması və təkmilləşdirilməsini nəzərdə tutur.
Bu məqsədlə Azərbaycanın universitetlərini uğurla bitirmiş 12 nəfər magistr dərəcəsi almış mütəxəssis seçilmiş və onlara xüsusi proqram əsasında layihədə iştirak edən Avropa və Azərbaycan professorları mühazirələr oxuyublar. BDU-da təşkil olunmuş nəzəri və laborator kurslarını bitirdikdən sonra onlar 3 ay müddətində postmagistr dissertasiya işlərini yerinə yetirmək üçün İtaliya, Fransa və Yunanıstan universitetlərinə ezam olunmuşdular.
Həqiqət İSABALAYEVA
“Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik” ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması üzrə işlər davam edir
Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində ECONANO qrant layihəsində iştirak edən 12 magistrantın (o cümlədən Bakı Dövlət Universitetindən 6 nəfər) İtaliyanın La Sapienza, Fransanın Paris 13 və Yunanıstanın Patras universitetlərində üç aylıq təcrübələri sona çatıb.İyulun 8 və 9-da Bakı Dövlət Universitetində həmin magistrantların postmagistr dissertasiyası müdafiəsi keçiriləcək, təcrübə müddətində əldə etdikləri nailiyyətlərin təqdimatı olacaq.
Bakı Dövlət Universitetindən qeyd edilib ki, BDU Avropa Birliyinin “Tempus” proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinin koordinatorluğu ilə ECONANO layihəsini həyata keçirir. Layihədə Fransanın Paris 13, Yunanıstanın Patras universitetləri, Azərbaycanın Memarlıq və İnşaat Universiteti, Qafqaz Universiteti, “AzEcolab” monitorinq mərkəzi və Azərbaycanın Təhsil Nazirliyi iştirak edir.
Layihənin əsas məqsədi “Nanotexnologiyaya əsaslanan ekoloji mühəndislik” ixtisaslaşmasında postmagistr tədris proqramının yaradılması və təkmilləşdirilməsini nəzərdə tutur.
Bu məqsədlə Azərbaycanın universitetlərini uğurla bitirmiş 12 nəfər magistr dərəcəsi almış mütəxəssis seçilmiş və onlara xüsusi proqram əsasında layihədə iştirak edən Avropa və Azərbaycan professorları mühazirələr oxuyublar. BDU-da təşkil olunmuş nəzəri və laborator kurslarını bitirdikdən sonra onlar 3 ay müddətində postmagistr dissertasiya işlərini yerinə yetirmək üçün İtaliya, Fransa və Yunanıstan universitetlərinə ezam olunmuşdular.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 605
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır