12px13px15px17px
Tarix:05/06/15

Müəllimlərin müraciətləri əsasında yerdəyişmə prosesi ilə əlaqədar iki nazirlik arasında elektron məlumat mübadiləsinə başlanılıb

Ümumi təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlərin müraciətləri əsasında onların bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi prosesi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə Təhsil Nazirliyinin (TN) informasiya sistemi arasında məlumat mübadiləsinə başlanılıb.
 
ƏƏSMN-dən qeyd edilib ki, iş yerini başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər TN-in rəsmi saytındakı “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olaraq elektron ərizə ilə müraciət edirlər. Bu zaman müraciət edən şəxsin TN-in hər hansı qurumunda işləyib-işləmədiyinin müəyyən olunması ƏƏSMN-in əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə edilən sorğu ilə müəyyən edilir. Sorğuya cavabda şəxsin TN-in hər hansı qurumunda işləməsi təsdiqini tapdığı halda sistem tərəfindən onun müraciət ərizəsi qəbul olunur.
 
Əks halda, TN-in elektron xidməti tərəfindən elektron müraciətin qəbul olunmasına sistem tərəfindən icazə verilmir.
 
 
Xatırladaq ki, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə ƏƏSMN-in elektron informasiya sisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi həmin sistemdə qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minir.
 
Ötən il iyulun əvvəlindən istifadəyə verilən bu sistem hazırda ölkənin əmək bazarı haqqında zəngin informasiya bazasına malik olmaqla, əmək müqaviləsi əsasında işləyən bütün işçilər barədə məlumatları özündə əhatə edir.
 
 
 
 
Həqiqət İSABALAYEVA
 
 



Baxış sayı: 820

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024