Tarix:06/06/15
“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, şirkətin rəhbəri Riçard Şirer “AppLab” proqramı çərçivəsində bir çox layihə təqdim edildiyini və onların arasında iki layihənin daha maraqlı olduğunu bildirib.
“Proqram çərçivəsində 100-dən çox startap layihəsi və əlavə servis proqramları təqdim edildiyinə baxmayaraq məhz bu iki layihə qalib olaraq şirkət tərəfindən qəbul edilib. Bu xidmətlərdən artıq “Bakcell”in 1,2 milyon abunəçisi istifadə edə biləcək”, - deyə R. Şirer qeyd edib.
“Bakcell”in digər nümayəndəsi Mark Zirka öz növbəsində “AppLab” proqramının özünü doğrultduğunu bildirib.
Qalib layihələrdən biri “Beth Clip” adlanır və bir neçə telefonu olan abunəçilərə istənilən mesajı istifadəçinin əlaqə saxladığı insanlara yaymasına imkan verir. Bu servis ilin sonuna kimi pulsuz şəkildə təqdim ediləcək. Həftənin sonunda servisin 8 mininci istifadəçisinin qeyd edilməsi nəzərdə tutulub.
İkinci layihə “Xərcim.az” adlanır. Bu xidmət bir neçə kredit və debit kartı olan istifadəçilərə bir servis üzərindən alış-veriş etməyə və istifadəçinin olduğu istənilən ticarət, xidmət məkanında təqdim edilən bonuslar, güzəştlər haqda məlumat əldə etməyə imkan verir.
Aynur Vəliyeva
“Bakcell” şirkəti “AppLab” proqramında qalib gəlmiş startap müəlliflərinə mükafatlar təqdim edib
“Bakcell” şirkəti “AppLab” proqramı çərçivəsində təqdim edilmiş uğurlu startap layihələrin qaliblərinə mükafatlar təqdim edib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına əsasən, şirkətin rəhbəri Riçard Şirer “AppLab” proqramı çərçivəsində bir çox layihə təqdim edildiyini və onların arasında iki layihənin daha maraqlı olduğunu bildirib.
“Proqram çərçivəsində 100-dən çox startap layihəsi və əlavə servis proqramları təqdim edildiyinə baxmayaraq məhz bu iki layihə qalib olaraq şirkət tərəfindən qəbul edilib. Bu xidmətlərdən artıq “Bakcell”in 1,2 milyon abunəçisi istifadə edə biləcək”, - deyə R. Şirer qeyd edib.
“Bakcell”in digər nümayəndəsi Mark Zirka öz növbəsində “AppLab” proqramının özünü doğrultduğunu bildirib.
Qalib layihələrdən biri “Beth Clip” adlanır və bir neçə telefonu olan abunəçilərə istənilən mesajı istifadəçinin əlaqə saxladığı insanlara yaymasına imkan verir. Bu servis ilin sonuna kimi pulsuz şəkildə təqdim ediləcək. Həftənin sonunda servisin 8 mininci istifadəçisinin qeyd edilməsi nəzərdə tutulub.
İkinci layihə “Xərcim.az” adlanır. Bu xidmət bir neçə kredit və debit kartı olan istifadəçilərə bir servis üzərindən alış-veriş etməyə və istifadəçinin olduğu istənilən ticarət, xidmət məkanında təqdim edilən bonuslar, güzəştlər haqda məlumat əldə etməyə imkan verir.
Aynur Vəliyeva
Baxış sayı: 585
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır