12px13px15px17px
Tarix:08/06/15

Birinci Avropa Oyunlarının Açılış mərasimini “az.baku2015.com” saytında canlı izləmək mümkün olacaq (VİDEO)

İyunun 12-də keçiriləcək Birinci Avropa Oyunlarının Açılış mərasimini "az.baku2015.com" saytında canlı olaraq izləmək mümkün olacaq.


 




Oyunların Təşkilat Komitəsindən qeyd edilib ki, Bakı Olimpiya Stadionu əyləncə və idmanın həyatda bir dəfə yaşanacaq nümayişi ilə parlaq şəhərin bütün mədəniyyət və tarixini sərgiləməyə hazırdır:
 
 "Birinci Avropa Oyunlarının Açılış mərasimi iyunun 12-də, yerli vaxtla axşam saat 9-da başlayacaq. Mərasim "az.baku2015.com" saytında və bütün dünyada canlı nümayiş olunacaq. Sehrin bir anına burada şahid ola bilərsiniz. "Bakı 2015"-in möhtəşəm Açılış mərasimində Azərbaycanın milli mədəniyyəti və Bakı şəhərinin müasir Avropadakı əhəmiyyətli yeri təntənəli surətdə qeyd olunacaq".
 
Bədii rəhbəri Dmitris Papaioannounun olduğu mərasimdə 2 mindən çox səhnə iştirakçısı sehrli şou nümayiş etdirəcək:

 
 "Oyunlara gerisayım artıq başladı. İyunun 12-də Bakı vaxtı ilə axşam saat 9-da "az.baku2015.com" saytında və bütün dünyada televiziyalar vasitəsilə mərasimin canlı nümayişinə baxa bilərsiniz".
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 924

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024