12px13px15px17px
Tarix:09/06/15

İnkişaf etməkdə olan ölkələrdə qadınların əksəriyyəti mobil telefonlardan istifadə edə bilmir

İnkişaf etməkdə olan ölkələrdə qadınlar mobil rabitədən kişilərə nisbətən az istifadə edir. Bu barədə BMT Radiosuna müsahibədə Mobil Rabitə Operatorları Assosiasiyasının nümayəndəsi Kler Sibtorp bildirib.
 
“Qiymətləndirməyə görə, gəliri aşağı olan ölkələrdə 1,7 milyard qadın mobil telefondan istifadə etmək imkanından məhrumdur. Kişilərlə fərq təxminən 20 milyon təşkil edir. Qadınlar mobil internet kimi yüksək texnologiyalı əlavələrdən istifadə məsələlərində xeyli geri qalır”, - o qeyd edib.
 
Bu və digər məlumatları Mobil Rabitə Operatorları Assosiasiyasının nümayəndələri BMT-nin Cenevrədə keçirilən yüksək texnologiyalardan istifadə üzrə konfransı zamanı səsləndiriblər.
 
K.Sibtropun sözlərinə görə, mobil rabitədən istifadə üzrə göstəricilər qadınların inkişaf etməkdə olan ölkələrdə hüquqlarının ümumi vəziyyətini əks etdirir, - BMT Radiosu  yazır. 



Baxış sayı: 633

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024