12px13px15px17px
Tarix:09/06/15

I Avropa oyunları ərəfəsində Qubanın ucqar dağ kəndlərində də internetdən istifadə mümkünləşib

Qubanın ucqar dağ kəndləri internet xidməti ilə təmin olunub.

Quba Telekommunikasiya Qovşağından “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, Xaltan, Yerfi, Söhüb, Əlik və Xınalıq kəndlərinə fiber-optik kabel vasitəsilə internet verilib. Belə ki, abunəçi potensialından asılı olaraq Xaltana 8, Yerfiyə 12, Söhübə 24, Əliyə 24 və Xınalığa 48 porta malik DSLAM internet avadanlığı qoyulub.

Qeyd edək ki, sözügedən işlər I Avropa Oyunları ərəfəsində həyata keçirilib. Bu da turistlərin həmin ərazilərdə istirahət zamanı yüksəksürətli internet xidmətindən istifadə edə bilməsinə şərait yaradıb.
 
CAHANGİR



Baxış sayı: 623

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024