12px13px15px17px
Tarix:09/06/15

Quşlar haqda yeni maraqlı sayt yaradılıb

“Vikipedia” layihəsi çərçivəsində Kornell Universitetinin tədqiqatçıları “Merlin Bird Photo ID” adlı sayt yaradıblar.
 
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, bu saytda şəkildə təsvir edilmiş quş haqqında bütün məlumatı əldə etmək mümkündür.
 
Proqram yüklənən şəkildəki quşu avtomatik şəkildə müəyyən edir. Sayt hazırda yalnız Şimali Amerika əhalisi üçün nəzərdə tutulub. Buna görə də saytda yalnız ABŞ və Kanada ərazisində yaşayan quş növləri üzrə məlumatlar təqdim edilib.
 
Saytın  yaradılmasında və inkişafında 70 milyon quş şəklindən ibarət olan kitabxana resursundan istifadə edilib.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 624

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024