12px13px15px17px
Tarix:09/06/15

“Elektron Hökumət” portalına daxil olanların sayı 2 milyona yaxınlaşır

"Elektron hökumət" portalına daxil olanların sayı 1 891 533 nəfərə çatıb. Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən brifinqdə MHM direktoru Nail Mərdanov məlumat verib.
 
"Elektron hökumət" bülleteninin növbəti sayının təqdimatına həsr olunmuş tədbirdə MHM rəhbəri "Elektron hökumət" portalına daxilolmalar üzrə son statistikasını təqdim edib. Onun sözlərinə görə, statistik uçotun aparıldığı tarixdən - 2012-ci ilin dekabrından 2015-ci ilin may ayının 31-nə qədər portala daxil olanlar haqda toplanan məlumatlar göstərir ki, portala ümumilikdə 6,655,140 daxilolma qeydə alınıb.
 
Portala müraciət edənlərin ümumi sayı isə 1,891,533 nəfər olub. Belə ki, 1,891,533 nəfər ümumən 6,655,140 dəfə portala baxıb və 11,629,805 dəfə elektron xidmətlərə müraciət ediblər. Həmin şəxslər 23,800,474 dəfə müxtəlif səhifələrə keçid ediblər və portala sərf etdikləri vaxt ortalama 5 dəqiqə 39 saniyə olub:
 
"Ümumilikdə bu gün vətəndaşlarımızın portala marağının artması müşahidə olunmaqla yanaşı, təkrarən portala müraciət edənlərin də kütlə nisbəti artmaqdadır. Bu dövr ərzində portala müraciət edənlərin 28.5%-ni yeni istifadəçilər, 71.5%-ni isə təkrar müraciət edənlər təşkil edib. May ayının statistikasına nəzər salsaq, bu dövrdə portala 763,408 daxilolma qeydə alınıb. Portala müraciət edənlərin ümumi sayı isə 277,065 nəfər olub. Həmin  şəxslər 2,266,032 olmaqla, müxtəlif səhifələrə keçid ediblər, 1,467,127 xidmətə müraciət edib və portala sərf etdikləri vaxt ortalama 4 dəqiqə 27 saniyə təşkil edib".
 
May ayı ərzində portala müraciət edənlərin 23.7%-ni yeni istifadəçilər, 76.3%-ni isə təkrar müraciət edənlər təşkil edib. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı bu gün 230,346-ya çatıb.
 
Qeyd edək ki, Azərbaycan Respublikasında yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən təqdim edilən xidmətlərin sayı 420 olub.
 
Tədbirdə daha sonra Azərbaycan Texniki Universitetinin (AzTU) kafedra müdiri Zəfər Cəfərov,  "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev , "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz elektron xidmətlərin kütləviləşdirilməsi sahəsində yenilikləri və bu sahədə həyata keçirilən işlərlə bağlı  fikirlərini paylaşıblar.
 
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 922

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024