12px13px15px17px
Tarix:09/06/15

Azərbaycanda valideynlər övladlarına internet vasitəsilə ad seçə bilərlər

Azərbaycanda yeni doğulan uşaqlara ad seçərkən Ədliyyə Nazirliyinin saytında yerləşdirilən adlar bazasından istifadə edilməlidir.
 
 
Bu baza valideynlərə ad seçimində dəqiqləşdirmə aparmaqda yardım edir, onlara icazə verilən adlar seçməyə şərait yaradır.
 
 
Sözügedən bazada olmayan adların uşaqlara verilməsinə məhdudiyyət qoyulub.
 
 
Bu barədə açıqlama verən Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu tərəfindən adlar toplusu hazırlanıb:
 
 
“Həmin toplu Ədliyyə Nazirliyinin saytında yerləşdirilib ki, insanlar ondan rahatlıqla istifadə edə bilsinlər. İstənilən şəxs sayta daxil olaraq orada adların mənasını, hətta işlədilmə (qoyulma) statistikasını öyrənə bilər. İstənilən adın son bir ildə və yaxud beş ildə neçə nəfərə qoyulduğunu müəyyənləşdirmək mümkündür. Bununla bağlı məlumatı saytdan çox asanlıqla əldə etmək olar. Onu da qeyd edim ki, həmin toplu vətəndaşlar tərəfindən geniş istifadə olunur”.
 
 
SEYMUR



Baxış sayı: 979

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024