Tarix:12/09/11
İclası giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf fonunda informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir, əldə edilən gəlirlərin həcmi artır, bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəlir.
Nazir son illər həyata keçirilən geniş tədbirlər kontekstində göstərilən xidmətlərin keyfiyyət və çeşidinin artdığını, sektorun modernləşdirilməsi üzrə mühüm işlərin görüldüyünü qeyd etmişdir.
O, daha yüksək nəticələrin əldə edilməsi üçün həyata keçirilən layihələrin icrasının təmin edilməsinin vacibliyini vurğulamışdır.
Kollegiya iclasında genişzolaqlı rabitə xidmətləri, “AzDatakom” şəbəkəsi üzrə görülən işlər, “Elektron imza” nın tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər, “Elektron hökumət” proqramının icra vəziyyəti, “Rəqəmsal TV”-nin tətbiqi ilə bağlı məsələlərin icrası, ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı cari vəziyyət, eləcə də, poçt sahəsində həyata keçirilən işlər, bu sahədə xidmət səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün yerlərdə nəzarətin gücləndirilməsi müzakirə olunmuşdur.
Qeyd olunan məsələlərlə bağlı birlik və müəssisə rəhbərlərinin məruzləri dinlənilmiş və gələcək perspektivlər barədə fikirlər söylənilmişdir. Sonda qarşıya qoyulan vəzifələrin icrası üçün aidiyyəti birlik və müəssisələrə müvafiq tapşırıqlar verilmişdir.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Mətbuat Xidmətinin Məlumatı
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) cari məsələlər və onların icra vəziyyətinə dair kollegiya iclası keçirilmişdir.İclası giriş sözü ilə açan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilən uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə qeydə alınan sürətli sosial-iqtisadi inkişaf fonunda informasiya-kommunikasiya texnologiyaları sektoru dinamik inkişaf edir, əldə edilən gəlirlərin həcmi artır, bu sektorun iqtisadiyyatda rolu getdikcə yüksəlir.
Nazir son illər həyata keçirilən geniş tədbirlər kontekstində göstərilən xidmətlərin keyfiyyət və çeşidinin artdığını, sektorun modernləşdirilməsi üzrə mühüm işlərin görüldüyünü qeyd etmişdir.
O, daha yüksək nəticələrin əldə edilməsi üçün həyata keçirilən layihələrin icrasının təmin edilməsinin vacibliyini vurğulamışdır.
Kollegiya iclasında genişzolaqlı rabitə xidmətləri, “AzDatakom” şəbəkəsi üzrə görülən işlər, “Elektron imza” nın tətbiqi ilə bağlı həyata keçirilən tədbirlər, “Elektron hökumət” proqramının icra vəziyyəti, “Rəqəmsal TV”-nin tətbiqi ilə bağlı məsələlərin icrası, ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə bağlı cari vəziyyət, eləcə də, poçt sahəsində həyata keçirilən işlər, bu sahədə xidmət səviyyəsinin daha da yüksəldilməsi, əhaliyə göstərilən xidmətlərin yüksək səviyyədə təşkilinin təmin edilməsi üçün yerlərdə nəzarətin gücləndirilməsi müzakirə olunmuşdur.
Qeyd olunan məsələlərlə bağlı birlik və müəssisə rəhbərlərinin məruzləri dinlənilmiş və gələcək perspektivlər barədə fikirlər söylənilmişdir. Sonda qarşıya qoyulan vəzifələrin icrası üçün aidiyyəti birlik və müəssisələrə müvafiq tapşırıqlar verilmişdir.
Baxış sayı: 1905
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı