Tarix:10/06/15
“Bizim əsas vəzifəmiz istehlakçıları dayanıqlı, səmərəli, təhlükəsiz elektrik enerjisi ilə təmin etməkdən əlavə, həm də abunəçilərimizə müasir xidmətlərin zamanında çatdırılmasıdır. Ümumiyyətlə, elektron xidmətlərin önəmi respublika başçısı səviyyəsində dəstəklənir və elektron xidmətlərə keçid qurumların qarşısında tələb kimi qoyulur. “Azərişıq” ASC yaradılandan sonrakı ötən müddət ərzində biz dərhal işlərə başladıq. Elektron xidmətlərin genişləndirilməsi üçün artıq “Elektron hökumət” portalına da qoşulmuşuq. Portal vasitəsilə “Enerji haqlarının internet vasitəsi ilə ödənilməsi” və “Texniki Şərt üçün müraciət forması” kimi iki elektron xidməti həyata keçiririk. Digər bir neçə elektron xidmətin də vahid sistemə inteqrasiya olunması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə hazırda işlər aparırıq. Ümumiyyətlə, bu istiqamətdə işlər çox intensiv istiqamətdə aparılır”.
Həqiqət İSABALAYEVA
“Azərişıq” rəsmisi: “Bu gün artıq elektron xidmətlər “Olmazsa, olmaz” şərtinə bağlıdır”
Bu gün gündəmin mövzusu elektron xidmətlərdir. Elektron xidmətlər artıq elə bir zamana çatıb ki, “Olmazsa, olmaz” şərtinə bağlıdır. Bu fikri “Azərişıq” ASC-nin Elektron xidmətlər şöbəsinin rəisi Vüqar Həşimov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Məlumat Hesablama Mərkəzində (MHM) keçirilən brifinqdə bildirib. Onun sözlərinə görə, bugünkü reallığa görə, elektron xidmət olmadan inkişafdan danışmaq qeyri-mümkündür:“Bizim əsas vəzifəmiz istehlakçıları dayanıqlı, səmərəli, təhlükəsiz elektrik enerjisi ilə təmin etməkdən əlavə, həm də abunəçilərimizə müasir xidmətlərin zamanında çatdırılmasıdır. Ümumiyyətlə, elektron xidmətlərin önəmi respublika başçısı səviyyəsində dəstəklənir və elektron xidmətlərə keçid qurumların qarşısında tələb kimi qoyulur. “Azərişıq” ASC yaradılandan sonrakı ötən müddət ərzində biz dərhal işlərə başladıq. Elektron xidmətlərin genişləndirilməsi üçün artıq “Elektron hökumət” portalına da qoşulmuşuq. Portal vasitəsilə “Enerji haqlarının internet vasitəsi ilə ödənilməsi” və “Texniki Şərt üçün müraciət forması” kimi iki elektron xidməti həyata keçiririk. Digər bir neçə elektron xidmətin də vahid sistemə inteqrasiya olunması üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi ilə hazırda işlər aparırıq. Ümumiyyətlə, bu istiqamətdə işlər çox intensiv istiqamətdə aparılır”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 692
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır