12px13px15px17px
Tarix:10/06/15

“Bakcell” şirkəti saytında özünə məxsus onlayn ödəniş sistemini tətbiq edəcək

Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti rəsmi saytında özünə məxsus onlayn ödəniş sistemini tətbiq etmək niyyətindədir.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda şirkətin saytında onlayn ödəniş etmək mümkündür, lakin bunu “Golden Pay”, “EasyPay”, Hökumət Ödəniş Portalı, “Portmanat”, “Azericard” ödəniş sistemlərinin saytına daxil olmaqla həyata keçirmək mümkündür.
 
“Bizim tətbiq edəcəyimiz sistem isə “Bakcell”in rəsmi saytında olduğu üçün abunəçilər hətta balansları tam bitdiyi və internetə çıxış imkanı olmadığı halda belə balansı doldurmağa imkan verəcək. Çünki “Bakcell” abunəçilərinə şirkətin saytından istifadə xidməti pulsuz təqdim edilir. Yeni ödəniş sisteminin bu ilin sonuna kimi tətbiq edilməsi istisna edilmir”, - deyə “Bakcell”dən bildiriblər.
 
Aynur Vəliyeva



Baxış sayı: 723

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024