12px13px15px17px
Tarix:11/06/15

Azərbaycanda 5 ayda 5 milyona yaxın elektron ticarət dövriyyəsi həyata keçirilib

Cari ilin ilk beş ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-may aylarına nisbətən 1,9 dəfə artıb.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-may aylarında həyata keçirilən elektron ticarətin həcmi 4,9 milyon manat olub.
 
Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,8 faizini hüquqi şəxslərin, 7,2 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,5 faizini qeyri-ərzaq malları təşkil edib.
 
CAHANGİR



Baxış sayı: 590

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024