Tarix:11/06/15
Yüksək Texnologiyalar Parkında fəaliyyətə başlayan "Code Academy" İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən layihədir.
Bu layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.
Belə ki, 29 iyun tarixində tədrisə başlayan "Code Academy"-də intensiv tədris və real iş şəraitilə, 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçiriləcək.
Proqram çərçivəsində iştirakçılara sıfırdan interaktiv veb layihələrin yaradılması bacarıqları, "HTML5 & CSS3", "JavaScript" əsasları, "PHP&MySQL" bilikləri ikili proqramlaşdırma metodikası ilə tədris ediləcək. Nəzəri biliklərlə yanaşı, proqram iştirakçıları həm də öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə tətbiq edə biləcək.
Həmçinin, iştirakçıların karyera planlaşdırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik "vorkshop"-ları təşkil olunacaq, bununla iştirakçılara fərqli yanaşmalar təqdim olunacaqdır. Proqramın yekununda karyera qurmaq üçün bir həftəlik tədrislə iştirakçılar həm intervülərə hazırlaşacaq, həm də onların böyük şirkətlərlə görüşləri təşkil ediləcək.
Layihə üzrə məzunlar İKT sahəsində real biliklər əldə etməklə yanaşı, "Code Academy"-nin təqdim etdiyi üstünlüklərdən faydalanacaq. Belə ki, UDEMY tədris portalından ödənişsiz istifadə, Akademiyanın şəbəkəsinə qoşulmaq və s. kimi üstünlüklər nəzərdə tutulub.
Dostlarımız arasında "Microsoft" və "Uber"-in olması Akademiyaya xüsusi dəyər qatır. Daha dəqiq desək, iştirakçıların master-klaslara tam fokuslanmalarını təmin etmək məqsədi ilə "Uber" tərəfindən ödənişsiz xüsusi sürücü xidməti təqdim ediləcək. "Microsoft" isə öz növbəsində "Microsoft Office 365" və "Bizspark" proqramı üçün lisenziya ilə təmin edəcək.
Qəbul prosesi bir neçə addımdan ibarətdir. Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər. Müraciət etmək istəyənlər bu formanı doldurub göndərə bilər.
Daha geniş məlumatı "www.codeacademy.az" ünvanından əldə edə bilərsiniz.
Yüksək Texnologiyalar Parkı yeni layihəyə start verir
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) tabeliyində yaradılan Yüksək Texnologiyalar Parkı təhsil üzrə yeni layihəyə start verir.Yüksək Texnologiyalar Parkında fəaliyyətə başlayan "Code Academy" İKT sektorundakı ehtiyacı nəzərə alaraq, real proqramlaşdırma bacarıqlarını öyrətməyi hədəfləyən layihədir.
Bu layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.
Belə ki, 29 iyun tarixində tədrisə başlayan "Code Academy"-də intensiv tədris və real iş şəraitilə, 12 həftə (1 həftə onlayn + 10 həftə intensiv master-klas + 1 həftə karyera planlaşdırma) ərzində master-klaslar keçiriləcək.
Proqram çərçivəsində iştirakçılara sıfırdan interaktiv veb layihələrin yaradılması bacarıqları, "HTML5 & CSS3", "JavaScript" əsasları, "PHP&MySQL" bilikləri ikili proqramlaşdırma metodikası ilə tədris ediləcək. Nəzəri biliklərlə yanaşı, proqram iştirakçıları həm də öyrəndikləri bilikləri real iş şəraitində təcrübəli və peşəkar mentorların nəzarətilə tətbiq edə biləcək.
Həmçinin, iştirakçıların karyera planlaşdırmasına kömək etmək məqsədilə İKT sahəsində təcrübəli şəxslərin həftəlik "vorkshop"-ları təşkil olunacaq, bununla iştirakçılara fərqli yanaşmalar təqdim olunacaqdır. Proqramın yekununda karyera qurmaq üçün bir həftəlik tədrislə iştirakçılar həm intervülərə hazırlaşacaq, həm də onların böyük şirkətlərlə görüşləri təşkil ediləcək.
Layihə üzrə məzunlar İKT sahəsində real biliklər əldə etməklə yanaşı, "Code Academy"-nin təqdim etdiyi üstünlüklərdən faydalanacaq. Belə ki, UDEMY tədris portalından ödənişsiz istifadə, Akademiyanın şəbəkəsinə qoşulmaq və s. kimi üstünlüklər nəzərdə tutulub.
Dostlarımız arasında "Microsoft" və "Uber"-in olması Akademiyaya xüsusi dəyər qatır. Daha dəqiq desək, iştirakçıların master-klaslara tam fokuslanmalarını təmin etmək məqsədi ilə "Uber" tərəfindən ödənişsiz xüsusi sürücü xidməti təqdim ediləcək. "Microsoft" isə öz növbəsində "Microsoft Office 365" və "Bizspark" proqramı üçün lisenziya ilə təmin edəcək.
Qəbul prosesi bir neçə addımdan ibarətdir. Proqrama fundamental kompüter bilikləri və böyük həvəsi olan hər kəs müraciət edə bilər. Müraciət etmək istəyənlər bu formanı doldurub göndərə bilər.
Daha geniş məlumatı "www.codeacademy.az" ünvanından əldə edə bilərsiniz.
Baxış sayı: 1141
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı