12px13px15px17px
Tarix:12/06/15

İltimas Məmmədov: “RYTN I Avropa Oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili üzrə işlərin icrasını uğurla başa çatdırıb”

Bu gün ölkəmizdə ilk Avropa Oyunlarının Açılış mərasimi baş tutacaq. Digər sahələrdə olduğu kimi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də yaradılan Qərargah I Avropa Oyunlarında informasiya və telekommunikasiya xidmətlərinin yüksək səviyyədə təşkili üzrə işlərin icrasını artıq başa çatdırıb. Qərargah rəhbərinin müavini, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədov "Rabitə dünyası"na müsahibəsində Oyunların telekommunikasiya, internet, mobil və radiorabitə xidmətləri, radiotezliklərlə təminatı, informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti ilə bağlı məsələlərdən ətraflı söz açıb.

 

- Rabitə və Yüksək Texnologiyalar Nazirliyi üzərinə düşən vəzifələrin öhdəsindən neъə gəlib? Nazirlik tərəfindən indiyə qədər hansı işlər həyata keçirilib?

 

- I Avropa Oyunlarının telekommunikasiya xidmətləri ilə təchizatına dair Gənclər və İdman Nazirliyi ilə RYTN arasında 01.09.2014-cü il tarixində Əməkdaşlıq haqqında Protokol imzalanıb. Bu protokolda RYTN tərəfindən təşkilati və oyun məkanlarına birbaşa və alternativ istiqamətlərdən fiber-optik kabellərin çəkilməsi, optik kabellərdən ödənişsiz istifadə şəraitinin yaradılması, Oyunların keçirilməsinə tələb olunan radiotezliklərin ödənişsiz ayrılması, radiomonitorinq avadanlıqları ilə təchiz edilməsi və s. üzrə öhdəliklər götürülüb.

"Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsi (BAOƏK) tərəfindən 15.01.2014-cü il tarixindən 15.09.2015-ci il tarixinə qədər müddəti əhatə edən və 69 qlobal məsələdən ibarət yol xəritəsi Rəhbər Komitəyə təqdim edilib və yol xəritəsində qarşıya qoyulmuş məsələlər nəzərdə tutulan müddətlərdə icra edilib.

Avropa Oyunlarının telekommunikasiya xidmətlərinin hazırlığına dair İnteqrasiya Qrupunun iclasında BAOƏK və RYTN-in birgə bildirişi də təqdim edilib.

 

Ümumilikdə keçən dövr ərzində Оyunların telekommunikasiya xidmətləri və radiotezliklərlə təchizatı istiqamətində aşağıdakı işlər görülüb:

 

- I Avropa Oyunlarının keçiriləcəyi oyun məkanlarının və təşkilati binaların BAOƏK-in tələbatına müvafiq olaraq, ümumilikdə 300 km-dən çox optik kabelin və 4.7 km mis kabelin çəkilişi, montaj və ölçü işləri başa çatdırılıb.

- 13 yarış məkanına və 13 təşkilati məkana əsas və alternativ istiqamətlərdən optik kabellər çəkilib.

- Bakı telefon şəbəkəsində çəkilmiş optik kabellərin monitorinqi üzrə yeni sistem alınıb quraşdırılıb.

- Dövlət qurumlarına tələb olunan miqdarda optik liflər ayrılıb.

- "Delta Teleъom LTD" MMM-də və Atletlər кəndində təşkil edilmiş data mərkəzləri ilə oyun və təşkilati məkanlar arasında optik əlaqə əsas və alternativ istiqamətlərdə təmin edilib.

- Mingəçevir şəhərindən Bakı şəhərinə 2 alternativ istiqamətdən telekommunikasiya xidmətləri və yayım üçün "4Gb" tutumuna malik kanallar təşkil edilib.

- Bakı şəhərində 3 məntəqədə quraşdırılacaq ümumi görünüş kameralarına optik kabellər çəkilib.

- Oyun və təşkilati məkanlar internetin təşkili və SİP-T xidmətləri (məkanlara telefon rabitəsi) "Delta Telecom LTD" MMM tərəfindən təmin edilib.

- Yarış və təşkilati məkanların, hərəkət marşrutlarının "Tetra" radiorabitəsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən təşkil edilib, Bakı şəhərində "Tetra" radio şəbəkəsinin genişləndirilməsi işləri aparılıb və 5500 Tetra radio terminalları alınıb.

- Oyunlara xidmət göstərəcək "2015" çağrı xidmətinin yaradılması məqsədilə RYTN tərəfindən "Azerfon" MMC-yə "2015" qısa nömrəsi ayrılıb və xidmətin fəaliyyəti və bu qısa nömrəyə stasionar və mobil operatorlardan zənglərin ödənişsiz aparılması təmin edilib.

- I Avropa Oyunları ilə əlaqədar BAOƏK-in müraciəti nəzərə alınaraq, cari ilin may ayından etibarən iyul ayına qədər mobil cihazların qeydiyyat müddəti 30 gündən 60 günə qədər artırılıb.

- I Avropa Oyunlarına həsr edilmiş və oyun məkanlarını və idman növlərini əks etdirən poçt markaları rəsmi olaraq dövriyyəyə buraxılıb və "Bakı 2015" tematik mağazalarında satışı təşkil edilib.

- Atletlər kəndi poçt şöbəsinin təşkili üçün ayrılmış 61 m2 sahədə müvafiq poçt xidmətlərinin göstərilməsi və markaların satışı üçün hazır vəziyyətə gətirilib.

 

- "Bakı 2015" I Avropa Oyunlarına hazırlıqla əlaqədar istifadəçilərin yüksəkkeyfiyyətli mobil telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə respublikamızda fəaliyyət göstərən mobil rabitə operatorlarının xidmət keyfiyyətinin monitorinqi aparılıb. RYTN-in sifarişinə əsasən, ABŞ-ın bu sahədə ixtisaslaşmış "Global Wireless Solutions" şirkəti tərəfindən aparılan monitorinqlərin nəticəsi necə oldu? Eyni zamanda RYTN texniki problemlərin qısa müddət ərzində aradan qaldırılması üçün mobil operatorlara müvafiq tapşırıqlar vermişdi. Mobil rabitə operatorları Oyunlar zamanı rabitə xidmətlərinin təchizatı ilə bağlı məsələlərə tam hazırdırmı?

 

- Test işlərinin aparılmasına aprel ayının əvvəlindən başlanaraq may ayının 14-dək davam etdirilib. Bakı şəhəri ərazisində, o cümlədən yarışların keçiriləcəyi idman komplekslərində, insanların çox toplaşdığı müxtəlif məkanlar üzrə mövcud daxili şəbəkələrdə, Bakı və Mingəçevir şəhərləri arasında magistral avtomobil yollarında aparılan test işləri əsasən şəbəkələrin əhatə dairəsi, şəbəkəyə giriş imkanlığı və xidmətlərin dayanıqlığı, səs və paket tipli məlumat mübadiləsinin təhlil olunması, birgə şəbəkə analizinin aparılması, eyni zamanda GSM, UMTS/HSDPA, LTE və s. texnologiyalar üzrə istifadəçilərə göstərilən xidmət səviyyəsi ölçülüb və yekun hesabat hazırlanıb.

Alınmış nəticələrə görə, respublikanın mobil rabitə şəbəkəsinin və göstərilən xidmətlərin keyfiyyəti ümumilikdə qənaətbəxş hesab edilib. Səs mübadiləsi üzrə əldə olunan məlumatlar beynəlxalq səviyyə ilə müqayisə olunub və müəyyən edilib ki, operatorların bu imkanları orta hesabla 98 faiz, şəbəkənin etibarlılığı isə 96 faiz təmin olunub.

Bakı şəhərində, eləcə də Mingəçevir şəhərində şəbəkəyə çıxış imkanı və şəbəkənin etibarlılığı məqbul səviyyədədir. Test işləri zamanı sinxron səs, məlumatların yüklənməsi, şəbəkənin gücü üzrə də yoxlamalar aparılmış və nəticə operatorlar üzrə müqayisə edilib.

Həmçinin qeyd edim ki, "Azercell Telekom" MMC tərəfindən Milli Gimnastika Arenası və Olimpiya Stadionunda, "Bakcell" MMC (Azərkonnekt) tərəfindən Su İdmanı Mərkəzi və Heydər Əliyev adına İdman Arenasında yeni binadaxili mobil rabitə sistemi quraşdırılaraq məkanlar mobil rabitə xidmətləri ilə təchiz edilib. Quraşdırılan daxili mobil rabitə sistemlərindən hər üç operatorun istifadəsi nəzərdə tutulub. Digər oyun və təşkilati məkanlarda mobil rabitə sistemlərinin fəaliyyəti təşkil edilib.

Eyni zamanda, sosial layihələrdə yaxından iştirak edən "Nar" ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı kimi çıxış edir.

ABŞ-ın "Global Wireless Solutions" şirkəti tərəfindən Bakı və Mingəçevir şəhərlərində və iri avtomobil magistrallarında hər üç mobil operatorun göstərdiyi "2G", "3G", "4G" mobil xidmətlərinin keyfiyyəti və əhatə dairəsi monitorinq edilib və bəzi ərazilərdə hər üç mobil operatorun xidmət keyfiyyətində müəyyən çatışmazlıqlar olub ki, bu çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün mobil operatorlara müvafiq tapşırıqlar verilib.

 

- Oyunların bütün dünyada izlənilməsi üçün yayımın yüksək səviyyədə təşkili olduqca vacibdir. Bu sahədə hansı işlər həyata keçirilib?

 

Oyunlar zamanı məkanlara və eləcə də məkanlardan TV yayımının etibarlı şəkildə təşkili üçün optik kabellərlə təminat RYTN-in üzərinə düşən vacib məsələlərdəndir.

Bu məqsədlə oyun və təşkilati məkanlardan birbaşa TV yayımının təşkili üçün şəbəkənin qurulması işləri başa çatdırılıb. Oyun məkanlarındakı yarışların Beynəlxalq Yayım Mərkəzinə optik kabellər vasitəsilə ötürülməsi və Oyunların dünyaya yayımının "INTELSAT", "ASİASAT", "EUTELSAT" və "AZERSPACE" peyklərindən istifadə etməklə BAOƏK-nin müqaviləçisi olan Beynəlxalq İdman Yayım şirkəti tərəfindən təmin ediləcək. "AZERSPACE" peyklərindən istifadə yayımının təşkili də təmin ediləcək. Mingəçevirdə keçiriləcək avarçəkmə oyununun yayımı üçün "AZERSPACE"-dən ehtiyat kimi istifadə üçün tədbir görülüb. Eyni zamanda, "Azərkosmos" ASC oyunların rəsmi dəstəkçisi seçilib.

Oyunların respublikada yayımına hüquq sahibi olan "AzTV" şirkətinə isə müvafiq sayda optik liflər ayrılıb.

 

- Yayımdan söz düşmüşkən, əlavə radiotezliklər tələb olunarsa, bu proses necə yerinə yetiriləcək?

 

- Nazirliyin vəzifələri sırasına Oyunların təşkili ilə bağlı tələb olunan radiotezliklərin ayrılması və müdafiəsinin təmin edilməsi də daxildir. I Avropa Oyunlarının keçiriləcəyi məkanlar və təşkilati binalarda istifadəsi üçün tələb olunan radiotezliklər artıq müəyyən edilib. Tələb olunan radiotezliklərin Radiotezliklər üzrə Dövlət Komissiyası və Dövlət Radiotezliklər İdarəsi tərəfindən inventarizasiya olunaraq, boş radiotezliklərin ayrılması və zərurət yaranarsa, istifadədə olan radiotezliklərin qısa müddətə müvəqqəti boşaldılaraq Oyunların keçiriləcəyi vaxt ərzində ayrılması nəzərdə tutulur. Radiotezliklərin monitorinqinin təşkili üçün avadanlıqlar da vacibdir. Radiotezliklərin müdafiəsinin təşkili ilə bağlı mobil sistemlər üçün xüsusi təchiz edilmiş 5 xüsusi avtomobil alınıb. Buraya həmçinin, mobil sistem üçün yüksək radiotezlikli qəbuledici və analizatorlar, müxtəlif tip antenfider dəstləri, analizatorların yüksək tezlikli antenalarla uzlaşmasını təmin edən modullar, portativ analizatorlar daxildir. Qeyd olunan nəqliyyat vasitələri və texniki avadanlıqların istifadəsində işləyəcək qruplara treninqlər keçirilib.

Həmçinin REV-lərin qeydiyyatının aparılmasını və müvafiq icazə lisenziyalarının verilməsinin elektron üsulla operativ həyata keçirilməsini təmin edən "www.rdlass-baku2015.com" saytı yaradılıb.

Eyni zamanda Oyunlar əməliyyatlarına nəzarət etmək və istənilən problemə qarşı operativ addımların təşkili və idarəsi məqsədilə BAOƏK-də yaradılmış Texniki Əməliyyat Mərkəzində də DRİ-nin məsul şəxslərindən növbəli şəkildə iş təşkil edilib.

 

- Təbii ki, I Avropa Oyunları bütün dünyada nüfuzuna görə dost ölkələrlə yanaşı, dost olmayan ölkələrin də diqqətindədir. Bu baxımdan, Oyunlar zamanı gözlənilən risklər nəzərə alınıbmı? Kibertəhlükəsizliyin təmin edilməsi ilə bağlı hansı qabaqlayıcı tədbirlər nəzərdə tutulur?

 

- Oyunlardan öncə və Oyunlar zamanı kibertəhlükəsizlik və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi İdarəetmə Qrupu yaradılıb və Qrupun iclaslarında RYTN-in nümayəndələri də iştirak edir. Məlumatların qorunması, informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyin təmin edilməsi, Oyunların keçirildiyi dövrdə dövlət əhəmiyyətli saytların müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir. Həmçinin "Baku 2015" üzrə internetin təşkilində bulud sistemindən istifadə ediлиr. Müvafiq saytlar nəzarətdə saxlanılır, kibertəhlükəsizlik riskləri və hər hansı hazırkı, yaxud gələcək təhlükələr üzrə qabaqlayıcı tədbirlərin görülməsi də nəzərdə tutulur.

Eyni zamanda, "baku2015.com" saytının, həmçinin dövlət və strateji saytların mühafizəsi üçün RYTN-in ETM-i, BAOƏK və "Delta Telecom" birgə fəaliyyət göstərir.

Həmçinin DDOS hücumlarından mühafizə üçün müvafiq avadanlıqlar alınaraq "Delta Telecom"-da quraşdırılıb.

 

- RYTN Oyunların təşkili ilə bağlı hansı qurumlarla əməkdaşlığını gücləndirib?

 

- "Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin dövlət orqanları ilə yüksək səviyyədə səmərəli əməkdaşlığın qurulması və tərəflərin birgə fəaliyyət prosesinə uyğunlaşdırılması məqsədilə yaradılmış İnteqrasiya Qrupunun iclaslarında iştirak edilir. İclaslarda Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq kabellərin mühafizəsi, RYTN-ə aid işlərin təşkili səviyyəsi və digər əlaqədar məsələlər müzakirə edilir.

İnteqrasiya Qrupunun "Oyunlar əməliyyatları həyatında bir gün" adlı "dəyirmi masa" təlimlərində Oyunların bir günündə bir sıra ehtimal oluna bilən hadisələr simulyasiya edilib və Oyunlara nəzarət edən əməliyyat qruplarının bu hadisələrə reaksiyası və tədbirləri müşahidə edilərək qrupların Oyunlar zamanı öz funksiyalarının icrasına hazırlıqları yoxlanılıb.

 

- Hazırlıq vəziyyəti artıq başa çatdırılıb. Oyunların yüksək səviyyədə təşkilinin təmin olunması ilə bağlı RYTN-in qarşısında indi hansı vəzifələr durur?

 

- Hazırda BAOƏK-in Texniki Əməliyyat Mərkəzində BTRİB, DRİ, "Delta Telecom"-un və cənab nazirin əmri ilə yaradılmış RYTN-in "Qaynar xətt" xidmətində RYTN-in əməkdaşları gecə saatları istisna olmaqla (0200 - 0600) qeyd olunan şəbəkə avadanlıq və qurğuların keyfiyyətli və dayanıqlı fəaliyyət göstərmələrinə nəzarəti təşkil ediblər. Eyni zamanda, I Avropa Oyunlarına hazırlıq və Oyunlar zamanı RYTN-ə aid öhdəliklərin lazımi səviyyədə icrası məqsədilə RYTN-in aidiyyəti birlik və müəssisələrinə, mobil operatorlara, özəl telekommunikasiya operatorlarına RYTN-dən BAOƏK-lə razılaşdırmaqla aşağıdakılar barədə tapşırıq verilib və icrası təmin edilib.

 

- əsas və ehtiyat qida qurğularınын işi təmin edilib.
 

- qazıntı, təmir-bərpa işləri aparılmır, proqramlarda dəyişiklik edilmir.
 

- obyektlərə buraxılış rejimi və onların mühafizəsi gücləndirilib.
 

- yanğın təhlükəsizlik qaydalarına ciddi əməl edilir.
 

- işçilər əlavə təlimatlandırılıb.

 

- kabellərin mühafizəsi gücləndirilib.
 

- taksofonların işinə nəzarət artırılıb.
 

- dövlət və özəl TV yayımlarının keyfiyyətli və fasiləsiz təşkili təmin edilib.
 

- internet xidmətlərinin və beynəlxalq rabitənin keyfiyyəti təmin edilib və s.

 

Həqiqət İSABALAYEVA





Baxış sayı: 862

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024