12px13px15px17px
Tarix:12/06/15

“Twitter” rəhbəri istefa verəcək

“Twitter” mikrobloqlar servisinin baş direktoru Dik Kostolo istefaya getmək qərarına gəlib. O, vəzifəsini iyulun 1-dən tərk etməklə şirkətin Direktorlar Şurasında öz yerini saxlayacaq. Baş direktor vəzifəsi müvəqqəti olaraq Cek Dorsiyə həvalə olunacaq. Bu barədə şirkətin məlumatında deyilir.
 
“Mən “Twitter” komandası və mənim şirkətdəki altıillik fəaliyyətim dövründə bu komandanın əldə etdiyi uğurlarla fəxr edirəm. Bizim dəqiq strategiya və prioritetlərimiz var”, - D.Kostolo bildirib. O, C.Dorsi ilə bağlı fikirlərini bölüşərək onun keçid dövrü üçün rəhbərliyə ən yaxşı namizəd olduğunu vurğulayıb.
 
2006-cı ildə yaradılan “Twitter” mikrobloqlar servisinin mənzil-qərargahı San-Fransiskoda yerləşir. D.Kostello 2009-cu ilin sentyabrından şirkətdə çalışmağa başlayıb, bir ay sonra əməliyyat direktoru vəzifəsinə təyin edilib. 2010-cu ildə Yeva Uilyams vəzifəsindən getdikdən sonra “Twitter” rəhbəri kimi fəaliyyətini davam etdirib.
 
“Twitter” yaradıcılarından biri olan C.Dorsi 2008-ci ilədək şirkətə rəhbərlik edib. O, şirkəti tərk etdikdən sonra “Square” internet ödənişləri servisini istifadəyə verib, - “Lenta yazır.



Baxış sayı: 581

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024