Tarix:12/06/15
Bu region texnologiyalar dünyasında ənənəvi diqqət mərkəzində olmasa da, Slovakiya və Çexiya mobil ödəniş servisini sınaqdan keçirir. Ölkələr bundan əvvəl innovasiyalar, o cümlədən mobil telefonlar və "ağıllı" saatlar vasitəsilə ödəniş üsulları üçün açıq olduğunu bəyan ediblər.
"İki yeni ödəniş üsulu hər iki ölkədə istifadəyə veriləcək. Onlardan biri bizim "Apple Pay" ilə əməkdaşlıqda hazırladığımız "MDES" sistemidir", - "MasterCard Europe" şirkətinin mobil ödənişlər və innovasiyalar üzrə vitse-prezidenti Riçard Valitsa deyib.
Vitse-prezident qeyd edib ki, Çexiya "Apple" üçün xüsusi maraq kəsb edə bilər. Ölkədə tranzaksiyaların təxminən 70 faizi mobil internet vasitəsilə həyata keçirilir. Kontaktsız ödənişlərdən Çexiyada 2008-ci ildən istifadə olunmağa başlayıb, lakin ABŞ-dakı kimi zəif inkişaf edib. 2014-cü ilin sonunda ölkədə 3,2 milyondan çox kontaktsız kart buraxılıb.
Xatırladaq ki, bu həftənin əvvəlində San-Fransiskoda keçirilən ümumdünya tərtibatçılar konfransında "Apple" yenilənmiş "Apple Pay" ödəniş sistemini nümayiş etdirərək onun Avropa bazarına çıxarılmasını bəyan edib, - "Payspacemagazine" yazır.
Daha iki Avropa ölkəsi “Apple Pay” servisini qəbul edəcək
Bu həftə "Apple" şirkəti Böyük Britaniyada "Apple Pay" mobil ödəniş servisinin istifadəyə verilməsi ilə bağlı məlumat yaydıqdan sonra daha iki Avropa ölkəsinin - Slovakiya və Çexiyanın servisi qəbul etməyə hazır olması məlum olub.Bu region texnologiyalar dünyasında ənənəvi diqqət mərkəzində olmasa da, Slovakiya və Çexiya mobil ödəniş servisini sınaqdan keçirir. Ölkələr bundan əvvəl innovasiyalar, o cümlədən mobil telefonlar və "ağıllı" saatlar vasitəsilə ödəniş üsulları üçün açıq olduğunu bəyan ediblər.
"İki yeni ödəniş üsulu hər iki ölkədə istifadəyə veriləcək. Onlardan biri bizim "Apple Pay" ilə əməkdaşlıqda hazırladığımız "MDES" sistemidir", - "MasterCard Europe" şirkətinin mobil ödənişlər və innovasiyalar üzrə vitse-prezidenti Riçard Valitsa deyib.
Vitse-prezident qeyd edib ki, Çexiya "Apple" üçün xüsusi maraq kəsb edə bilər. Ölkədə tranzaksiyaların təxminən 70 faizi mobil internet vasitəsilə həyata keçirilir. Kontaktsız ödənişlərdən Çexiyada 2008-ci ildən istifadə olunmağa başlayıb, lakin ABŞ-dakı kimi zəif inkişaf edib. 2014-cü ilin sonunda ölkədə 3,2 milyondan çox kontaktsız kart buraxılıb.
Xatırladaq ki, bu həftənin əvvəlində San-Fransiskoda keçirilən ümumdünya tərtibatçılar konfransında "Apple" yenilənmiş "Apple Pay" ödəniş sistemini nümayiş etdirərək onun Avropa bazarına çıxarılmasını bəyan edib, - "Payspacemagazine" yazır.
Baxış sayı: 580
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır