Tarix:13/06/15
Agentliyin qiymətləndirməsinə görə, "LTE” və “LTE-Advanced” rabitə standartları üçün mövcud olan patentlərin 17 faizi Cənubi Koreya istehsalçısına məxsusdur. Söhbət standartlaşdırma məhsullarının istehsalı zamanı həlledici əhəmiyyətə malik texnologiyalardan gedir.
“LTE” və “LTE-A” standartları ilə əlaqədar ən çox patentlərə sahib lider şirkətlər üçlüyünə həmçinin "LG Electronics” və “Qualcomm” şirkətləri daxildir. Onların hər ikisinin müvafiq əqli mülkiyyət obyektlərində payı 14 faiz təşkil edir. Bundan başqa, “Ericsson”, “Nokia” və “NTT DoCoMo” hərəyə 5 faiz paya sahibdir. “Huawei Technologies” şirkətinin dünya “LTE” patentlərində payı 3 faizə bərabərdir. Daha 1 faiz Cənubi Koreyanın “Pantech” telefon istehsalçısına məxsusdur.
“Samsung” patentləşdirilmiş “LTE” texnologiyalarının sayına görə lider olsa da, kəşflərin rəsmi qeydiyyatı üzrə aktiv işi “IBM” şirkəti aparır.
“IFI Claims Patent Services” agentliyinin məlumatına görə, 2014-cü ildə ABŞ Ticarət Markaları və Patentlərin Qeydiyyatı Bürosu (U.S. Patent and Trademark Office, USPTO) “IBM”-ə rekord 7534 patent verib ki, bu da bir il əvvəldən 10,6 faiz çoxdur. Şirkət alınan patentlərin sayına görə 22 ildir liderlik edir, - “DailyComm” yazır.
Cənubi Koreya şirkəti “LTE” patentlərin sayına görə liderdir
Cənubi Koreyanın “Samsung Electronics” şirkəti dünyada dördüncü nəsil mobil rabitə şəbəkəsi texnologiyaları ilə əlaqədar patentlərə hamıdan çox sahib olan istehsalçı seçilib. Bu barədə Tayvan Əqli Mülkiyyət Agentliyinin (Intellectual Property Office) məlumatında deyilir.Agentliyin qiymətləndirməsinə görə, "LTE” və “LTE-Advanced” rabitə standartları üçün mövcud olan patentlərin 17 faizi Cənubi Koreya istehsalçısına məxsusdur. Söhbət standartlaşdırma məhsullarının istehsalı zamanı həlledici əhəmiyyətə malik texnologiyalardan gedir.
“LTE” və “LTE-A” standartları ilə əlaqədar ən çox patentlərə sahib lider şirkətlər üçlüyünə həmçinin "LG Electronics” və “Qualcomm” şirkətləri daxildir. Onların hər ikisinin müvafiq əqli mülkiyyət obyektlərində payı 14 faiz təşkil edir. Bundan başqa, “Ericsson”, “Nokia” və “NTT DoCoMo” hərəyə 5 faiz paya sahibdir. “Huawei Technologies” şirkətinin dünya “LTE” patentlərində payı 3 faizə bərabərdir. Daha 1 faiz Cənubi Koreyanın “Pantech” telefon istehsalçısına məxsusdur.
“Samsung” patentləşdirilmiş “LTE” texnologiyalarının sayına görə lider olsa da, kəşflərin rəsmi qeydiyyatı üzrə aktiv işi “IBM” şirkəti aparır.
“IFI Claims Patent Services” agentliyinin məlumatına görə, 2014-cü ildə ABŞ Ticarət Markaları və Patentlərin Qeydiyyatı Bürosu (U.S. Patent and Trademark Office, USPTO) “IBM”-ə rekord 7534 patent verib ki, bu da bir il əvvəldən 10,6 faiz çoxdur. Şirkət alınan patentlərin sayına görə 22 ildir liderlik edir, - “DailyComm” yazır.
Baxış sayı: 563
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır