Tarix:16/06/15
Ekspertlərin proqnozuna görə, gələcəkdə "4G LTE” standartının istifadəçi bazası inamla artmaqda davam edəcək. 2020-ci ilədək dünyada bu tip rabitədən artıq 3,5 milyard nəfərin istifadə edəcəyi ehtimal olunur. Bununla da yaxın beş ildə "4G LTE” standartı abunəçilərinin illik artımı orta hesabla 20,8 faiz artacaq.
Analitiklər qeyd edir ki, yüksəksürətli rabitə standartının sürtəli tətbiqi “LTE” infrastrukturunun inkişafına böyük investisiyaların yatırılmasını zəruri edir. Şəbəkələrin genişlənməsinə xərclərin həcminin illik artımının 10 faiz olacağı güman edilir.
Mobil operatorların “LTE” şəbəkələrinin inkişafı üzrə daha fəal iş apardığı ölkələr arasında mütəxəssislər ABŞ, Sinqapur, Çin və digər Asiya dövlətlərinin adlarını çəkirlər. “ABI Research”in proqnozuna görə, bu il “4G”-nin Asiya-Sakit okean regionunda nüfuzetmə səviyyəsi 2014-cü illə müqayisədə 150 faiz artaraq 20,8 faizə yüksələcək, - “DailyComm” yazır.
2015-ci ildə “LTE” abunəçilərinin sayı 1,4 milyard nəfərə yaxınlaşacaq
"ABI Research” analitik şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ilin sonunadək dünyada “4G LTE” mobil rabitə standartından istifadə edən abunəçilərin sayı 1,37 milyard təşkil edəcək. 2014-cü ildə onların sayı 650 milyon nəfər olub.Ekspertlərin proqnozuna görə, gələcəkdə "4G LTE” standartının istifadəçi bazası inamla artmaqda davam edəcək. 2020-ci ilədək dünyada bu tip rabitədən artıq 3,5 milyard nəfərin istifadə edəcəyi ehtimal olunur. Bununla da yaxın beş ildə "4G LTE” standartı abunəçilərinin illik artımı orta hesabla 20,8 faiz artacaq.
Analitiklər qeyd edir ki, yüksəksürətli rabitə standartının sürtəli tətbiqi “LTE” infrastrukturunun inkişafına böyük investisiyaların yatırılmasını zəruri edir. Şəbəkələrin genişlənməsinə xərclərin həcminin illik artımının 10 faiz olacağı güman edilir.
Mobil operatorların “LTE” şəbəkələrinin inkişafı üzrə daha fəal iş apardığı ölkələr arasında mütəxəssislər ABŞ, Sinqapur, Çin və digər Asiya dövlətlərinin adlarını çəkirlər. “ABI Research”in proqnozuna görə, bu il “4G”-nin Asiya-Sakit okean regionunda nüfuzetmə səviyyəsi 2014-cü illə müqayisədə 150 faiz artaraq 20,8 faizə yüksələcək, - “DailyComm” yazır.
Baxış sayı: 597
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib