Tarix:17/06/15
Onun sözlərinə görə, bu gün Avropada mövcud olan onlayn maneələr o deməkdir ki, insanlar mal və xidmətlərdən tam istifadə edə bilmirlər. Avropa İttifaqı (Aİ) ölkələrinin hər birində ittifaqın digər ölkəsindən olan onlayn mağazaların sayı 15 faiz təşkil edir, kiçik və orta müəssisələrin yalnız 7 faizi Aİ-dən kənarda ticarət edir.
A.Ansip vahid tam funksional Avropa rəqəmli bazarının illik həcmini 415 milyard avro dəyərində qiymətləndirib. O qeyd edib ki, bazarın yaradılması yüz minlərlə yeni iş yeri açmağa imkan verəcək.
“Vahid rəqəmli bazarın yaradılması üçün normativ maneələr aradan qaldırılmalı və 28 milli bazar vahid bazara çevrilməlidir. Bu, bizim vahid rəqəmli bazarın yaradılması üzrə layihəmizin əsas məqsədi və Avropa Komissiyasının başlıca prioritetlərindən biridir”, - o vurğulayıb.
Avropa Komissiyasının vitse-prezidenti qarşıya qoyulan məqsədə nail olmaq üçün üç əsas siyasi prinsipi sadalayıb. Birincisi, istehlakçıların və biznesin bütün Avropada mal və xidmətlərdən istifadəsinin yaxşılaşdırılmasıdır. İkincisi, qitə üzrə yüksəkkeyfiyyətli infrastrukturun işinin etibarlı olmasına əmin olmaq lazımdır, eləcə də bazar iştirakçıları üçün hüquqi baza və ədalətli şərait yaradılmalıdır. Üçüncüsü, rəqəmli iqtisadiyyatın artım potensialından tam istifadə etmək üçün gələcəyə hazırlaşmaq lazımdır.
A.Ansipin sözlərinə görə, tərəfdaş ölkələrin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) 75 milyon istehlakçısı da vahid rəqəmli bazarın potensialından yararlana bilər. “Biz Aİ hüdudlarından kənarda daha geniş rəqəmli Avropa bazarı yaratmaq istəyiriksə, o, hamının eyni qayda ilə işlədiyi vahid şəkildə olmalıdır”, - vitse-prezident əlavə edib, - "Delo” yazır.
Vahid rəqəmli bazar Avropaya 415 milyard avro qazandıra bilər
Avropada vahid rəqəmli bazarın olmamasına görə qitə ərazisində yerləşən ölkələrin iqtisadiyyatı böyük potensialdan yararlana bilmir. Bu barədə Avropa Komissiyasının vahid rəqəmli bazar məsələləri üzrə vitse-prezidenti Andrus Ansip deyib.Onun sözlərinə görə, bu gün Avropada mövcud olan onlayn maneələr o deməkdir ki, insanlar mal və xidmətlərdən tam istifadə edə bilmirlər. Avropa İttifaqı (Aİ) ölkələrinin hər birində ittifaqın digər ölkəsindən olan onlayn mağazaların sayı 15 faiz təşkil edir, kiçik və orta müəssisələrin yalnız 7 faizi Aİ-dən kənarda ticarət edir.
A.Ansip vahid tam funksional Avropa rəqəmli bazarının illik həcmini 415 milyard avro dəyərində qiymətləndirib. O qeyd edib ki, bazarın yaradılması yüz minlərlə yeni iş yeri açmağa imkan verəcək.
“Vahid rəqəmli bazarın yaradılması üçün normativ maneələr aradan qaldırılmalı və 28 milli bazar vahid bazara çevrilməlidir. Bu, bizim vahid rəqəmli bazarın yaradılması üzrə layihəmizin əsas məqsədi və Avropa Komissiyasının başlıca prioritetlərindən biridir”, - o vurğulayıb.
Avropa Komissiyasının vitse-prezidenti qarşıya qoyulan məqsədə nail olmaq üçün üç əsas siyasi prinsipi sadalayıb. Birincisi, istehlakçıların və biznesin bütün Avropada mal və xidmətlərdən istifadəsinin yaxşılaşdırılmasıdır. İkincisi, qitə üzrə yüksəkkeyfiyyətli infrastrukturun işinin etibarlı olmasına əmin olmaq lazımdır, eləcə də bazar iştirakçıları üçün hüquqi baza və ədalətli şərait yaradılmalıdır. Üçüncüsü, rəqəmli iqtisadiyyatın artım potensialından tam istifadə etmək üçün gələcəyə hazırlaşmaq lazımdır.
A.Ansipin sözlərinə görə, tərəfdaş ölkələrin (Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna) 75 milyon istehlakçısı da vahid rəqəmli bazarın potensialından yararlana bilər. “Biz Aİ hüdudlarından kənarda daha geniş rəqəmli Avropa bazarı yaratmaq istəyiriksə, o, hamının eyni qayda ilə işlədiyi vahid şəkildə olmalıdır”, - vitse-prezident əlavə edib, - "Delo” yazır.
Baxış sayı: 591
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır